Səudiyyə Ərəbistanı üçün bumeranq

Səudiyyə Ərəbistanı üçün bumeranq
14:18 30 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Başa çatan ildə neft qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən büdcəsində rekord kəsir yaranan Səudiyyə Ərəbistanı dövlət xəzinəsini doldurmaq üçün əlavə mənbələr axtarır.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının hökuməti gələn il büdcə kəsirini 98 milyard dollardan 87 milyard dollara qədər azaltmağı planlaşdırır. Bu məqsədlə bir sıra iqtisadi tədbirlər görüləcək. Əsasən elektrik enerjisi və yanacaq üçün subsidiyalar azaldılacaq, həmçinin əlavə dəyər vergisi tətbiq olunacaq.
Səudiyyə Ərəbistanı rəhbərliyi ölkə iqtisadiyyatının çətinlikləri aradan qaldırmaq üçün lazımi potensiala malik olduğunu və gələn il dövlət resurslarının effektivliyini artırmağı düşündüklərini iddia edir.
Ekspertlər Ər-Riyadın Suriyada Bəşər Əsəd rejiminə dəstək verən Rusiya və İrandan qisas almaq məqsədi ilə neft hasilatını artıraraq bilərəkdən qiymətləri aşağı saldığını qeyd edirlər. Nəticədə bumeranq effekti yaranır və neft hasil edən ölkələrin iqtisadiyyatına zərbə vuran Səudiyyə Ərəbistanı özü də bundan zərər çəkir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seudiyye_Arebistani_uchun_bumeranq-915545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR