"Barselona"da ayrılıq siqnalı

"Barselona"da ayrılıq siqnalı
14:22 30 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın aparıcı oyunçularından olan Serxio Buskets karyerasını Fransada davam etdirə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi PSJ-nin maraq dairəsinə düşüb.

Paris təmsilçisinin heyətinə israrla qatmaq istədiyi futbolçuların siyahısında məhz Busketsin adı birinci pillədə qərarlaşıb. Fransızlar sözügedən xavbeki Tiaqo Mottanın yerini doldurmaq üçün transfer etmək istəyirlər.
 
"Barselona" rəhbərliyindən isə yeni müqavilə təklifi alan Busketsin hansı addımı atacağı maraq doğurur.
 
Qeyd edək ki, "Barsa"nı yetirməsi olan Buskets 2008-ci ildən əsas komandanın formasını geyinir. O, Kataloniya klubunun heyətində cari mövsümdə ümumilikdə 24 oyunda iştirak etsə də, qol hesabını aça bilməyib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/394276.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR