Kenan İmirzalıoğlu Hollivuda gedir?

Kenan İmirzalıoğlu Hollivuda gedir?
14:22 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bir neçə ay bundan əvvəl bitən "Karadayı" serialının heyəti Yeni il münasibəti ilə məkanlardan birində əylənib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilatçılığı Kenan İmirzalıoğlu edib. O, bayrama sevgilisi Sinem Koballa birlikdə qatılıb. Kenan vaxt tapıb jurnalistlərə gələcək planları haqqında fikirlərini bölüşüb. O, jurnalistlərin "Hollivuda gedəcəkdiniz, bəs nə oldu?" sualına: "Getsəm, xəbəriniz olacaq", - deyə cavab verib.

Qeyd edək ki, serialın baş rolunu oynayan aktrisa Bergüzar Korel ailəsi ilə birlikdə olduğu üçün qonaqlıqda iştirak edə bilməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR