Boks üzrə Azərbaycan çempionatının final görüşləri başlayıb

14:23 30 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, Samirə Allahverdiyeva, AZƏRTAC 
Azərbaycan Boks Federasiyasının boks mərkəzində böyüklər arasında Azərbaycan çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə 10 çəki dərəcəsində final döyüşləri keçirilir.
Birincilikdə “Neftçi”, “Qızıl əlcək”, “Rabitəçi”, “Sərhədçi”, “Gömrükçü”, DİN İdman Cəmiyyəti, “Zenit”, “Lokomotiv” ilə yanaşı regionların təmsilçiləri iştirak edirlər.
İki yüzdən çox idmançının mübarizə apardığı çempionatın baş hakimi Fuad Aslanov, supervayzeri isə Rövşən Hüseynovdur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Azerbaycan_chempionatinin_final_gorusleri_baslayib-915549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR