““Rosneft” Neft Şirkəti” ASC-nin idarə heyətinin sədri İqor Seçindən

14:28 30 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Siz on iki ildir respublikaya rəhbərlik edirsiniz. Bu müddətdə Azərbaycan sosial-iqtisadi inkişafda nəzərəçarpacaq uğurlar qazanıb. Energetika sahəsində Rusiya-Azərbaycan münasibətləri dinamik inkişaf edir. Bizim tərəfdaşlığımızın əsasını 2014-cü ildə Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində ““Rosneft” Neft Şirkəti” ASC ilə SOCAR arasında imzalanmış saziş təşkil edir.
Məşhur Azərbaycan ədibi Mirzə Fətəli Axundzadə deyirdi: “Vətənpərvər Vətən yolunda canını belə əsirgəməyən insandır”. Azərbaycanın ümummilli lideri və Rusiyanın həqiqi dostu Heydər Əlirza oğlu Əliyevin həyat yolu öz ölkəsinə və xalqına fədakarcasına xidmət nümunəsi olub. Xalqlarımızın dostluğunun möhkəmlənməsində onun xidmətlərini lazımınca qiymətləndirmək çox çətindir. O, həmişə belə hesab edirdi ki, Rusiya və Azərbaycan bir-birinə kömək etməli, bir-birini dəstəkləməlidir.
Bu gün tam əminliklə deyə bilərik ki, onun müdrik vəsiyyətləri həyata keçirilir.
Sizə və doğmalarınıza möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına firavanlıq və yeni-yeni uğurlar diləyirəm.
Dərin hörmətlə,
İqor Seçin
““Rosneft” Neft Şirkəti” ASC-nin
idarə heyətinin sədri

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rosneft_Neft_Sirketi_ASC_nin_idare_heyetinin_sedri_Iqor_Sechinden-915551

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR