​"ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək

​"ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək
14:32 30 Dekabr 2015
41 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ "ASAN xidmət” mərkəzləri 5 gün işləməyəcək.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən “Report”a verilən məlumata görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ilə əlaqədar bütün "ASAN xidmət” mərkəzlərində sabahdan yanvar ayının 4-ə qədər qeyri-iş günü olacaq.
Məlumata görə, yanvarın 5-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/asan-xidmet-5-gun-islemeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR