İsrafil İsrafilovun vəzifəsinə xitam verilib?

İsrafil İsrafilovun vəzifəsinə xitam verilib?
14:34 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

“İsrafil İsrafilovun vəzifəsinə xitam verilməsi haqqında dəqiq heç nə demək olmaz. Bu, yalnız Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olan bir məsələdir. Hələlik dəqiq heç nə demək olmaz”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib. O, teatrın direktoru İ. İsrafilovun müqaviləsinin başa çatdığını təsdiqləyib, lakin müqavilənin başa çatmasının hələ işdən azad edilmək demək olmadığını da əlavə edib.

 

Bir müddətdir ki, İ. İsrafilovun direktor vəzifəsindən azad edilməyini istəyən aktyorlar isə arzularına çatdıqlarını deyirlər. Əməkdar artist Füzuli Hüseynov İ. İsrafilovla 3 aylıq müqavilə bağlandığını xatırladıb: “Əlbəttə ki, bizim etirazlarımızdan sonra onu işdən çıxara bilməzdilər. Çünki başqa teatrın aktyorları da analoji addım ata bilərdi. Buna görə də onunla üç aylıq müqavilə imzalandı. Düşünürəm ki, bu elə onun yavaş-yavaş işdən azad edilməsi demək idi”.

 

Xatırladaq ki,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İ.İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında bildirib ki, kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.

Xatırladaq ki, İ.İsrafilov 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

 

Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR