Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ünvanlı sosial yardım alan hər ailəyə 50 manat - sərəncam

Ünvanlı sosial yardım alan hər ailəyə 50 manat - sərəncam

Heydər Əliyev Fondunun təşəbbüsü ilə aztəminatlı ailələrə Novruz sovqatları paylanılıb - FOTO (17 Mart 2017 20:22)
Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi - (17 Mart 2017 20:22)
Heydər Əliyev Fondu aztəminatlı ailələri sevindirdi - FOTOLAR (17 Mart 2017 20:13)

Tarix: 30 Dekabr 2015 14:41

Prezident aztəminatlı ailələrə birdəfəlik yardım edilməsi barədə sərəncam imzalayıb.
 
Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında Sərəncamı imzalayıb. Axşam.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 (əlli) manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə bu Sərəncamın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Teqlər:  Ünvanlı sosial yardım alan hər ailəyə 50 manat sərəncam



RƏYLƏR


Top xəbərlər