SOCAR noyabrda qaz hasilatını artırıb

SOCAR noyabrda qaz hasilatını artırıb
14:57 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-noyabr ayları ərzində 6 323,1 mln. kubmetr həcmində təbii qaz hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 11 ayında ötən ilin müvafiq dövrünə nisbətən 4,9% azalıb.
Hesabat dövründə hasil olunan qazın 567,2 mln. kubmetri noyabr ayının payına düşüb. Noyabrda isə qaz hasilatı ötən ilin noyabr ayına nisbətən 1,8% artıb.
Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 6,5 mlrd. kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-noyabrda-qaz-hasilatini-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR