Qaradağ rayonunda yeni “Gənclər evi” istifadəyə verilib (FOTO)

Qaradağ rayonunda yeni “Gənclər evi” istifadəyə verilib (FOTO)
14:58 30 Dekabr 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Qaradağ rayonunun Sahil qəsəbəsində Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilmiş “Gənclər evi” istifadəyə verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ildən tikintisinə başlanılmış mərkəz 3 mərtəbə və zirzəmidən ibarətdir.

Mərkəzin zirzəmisinə 6 otaq: xalçaçılıq və toxuculuq dərnəyi, kompüter qrafikası, texniki otaqlar və s. daxildir.

Mərkəzin 1-ci mərtəbəsində Gənclər və İdman idarəsinin inzibati iş otaqları, gənclərin intellektual klubu, sərgi salonu, Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin foto guşəsi yerləşir.

Mərkəzin 2-ci mərtəbəsinə internet klub, texnika və ixtiraçılar, vətənpərvərlik klubları, karyera mərkəzi, istedadların hazırlığı laboratoriyası, şahmat (masa üstü oyunlar) və musiqi dərnəyi daxildir.

3-cü mərtəbədə isə video studiya, gənclər üçün qaynar xətt xidməti, “Gənclər evi” müdiriyyətinin inzibati otaqları və s yerləşir.

Obyektin ümumi tikinti sahəsi 710,4 kv.metr, tikinti obyektlərinin ümumi sahəsi 2229,5 kv.metr, tikinti obyektlərinin ümumi həcmi isə 7674,6 kub metrdir.

Mərkəzin tikintisi 2015-ci ilin may ayında başa çatıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2475868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR