Dünyanın ən iri neft hasilatçısının milyardlıq itkisi

Dünyanın ən iri neft hasilatçısının milyardlıq itkisi
15:06 30 Dekabr 2015
34 Digər
Ölkə mətbuatı
A- A+

Başa çatan ildə neft qiymətlərinin kəskin aşağı düşməsi səbəbindən büdcəsində rekord kəsir yaranan Səudiyyə Ərəbistanı dövlət xəzinəsini doldurmaq üçün əlavə mənbələr axtarır.

ANS PRESS-in Euronews-a istinadən verdiyi xəbərə görə Səudiyyə Ərəbistanının hökuməti gələn il büdcə kəsirini 98 milyard dollardan 87 milyard dollara qədər azaltmağı planlaşdırır. Bu məqsədlə bir sıra iqtisadi tədbirlər görüləcək. Əsasən elektrik enerjisi və yanacaq üçün subsidiyalar azaldılacaq, həmçinin əlavə dəyər vergisi tətbiq olunacaq.

Səudiyyə Ərəbistanı rəhbərliyi ölkə iqtisadiyyatının çətinlikləri aradan qaldırmaq üçün lazımi potensiala malik olduğunu və gələn il dövlət resurslarının effektivliyini artırmağı düşündüklərini iddia edir.

Ekspertlər Ər-Riyadın Suriyada Bəşər Əsəd rejiminə dəstək verən Rusiya və İrandan qisas almaq məqsədi ilə neft hasilatını artıraraq bilərəkdən qiymətləri aşağı saldığını qeyd edirlər. Nəticədə bumeranq effekti yaranır və neft hasil edən ölkələrin iqtisadiyyatına zərbə vuran Səudiyyə Ərəbistanı özü də bundan zərər çəkir.

Bir müddət əvvəl isə Beynəlxalq Valyuta Fondu Səudiyyə Ərəbistanına neft gəlirlərinin sürətlə azaldığı bu dövrdə ölkənin xərclərini azaltmayacağı təqdirdə iflasa uğraya biləcəyi barədə xəbərdarlıq etmişdi.

Elə bu ərəfədə Səudiyyə Ərəbistanı hökuməti tərəfindən ölkədə büdcənin rekord həddə kəsiri fonunda benzinin qiymətinin 40 faiz qaldırıldığı barədə məlumat yayılıb.

Hazırda krallıqda bir litr benzinin qiyməti 24 ABŞ senti təşkil edir.

Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərinin qiymətləri subsidiyalar hesabına aşağı səviyyədə saxlanılır. Ölkə neft istehsalına görə dünyada birinci yerdədir.

Ekspertlər hesab edirlər ki, büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Səudiyyə Ərəbistanı Kralı bəyan edib ki, ölkə digər gəlir mənbələri axtaracaq.

2016-cı ildə krallıq hökuməti büdcə xərclərini 10 faiz azaltmaq və bəzi xarici aktivlərini satmaq niyyətindədir.



Səudiyyə Ərəbistanı

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368526

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR