Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı qeyd olunub

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı qeyd olunub
15:12 30 Dekabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ Lənkəranda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə ümumrayon bayram şənliyi keçirilib.
"Report"un məlumatına görə, Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov şənlik iştirakçılarını təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tarixdə ilk dəfə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunub və həmin gün Azərbaycan xalqının milli birlik günü kimi tarixə düşüb: "Eyni zamanda, Heydər Əliyevin dərin düşüncəsi ilə xaricdə diaspor hərəkatı formalaşdırılıb, bu hərəkatın təşkilatlanmasına və möhkəmlənməsinə davamlı dövlət qayğısı göstərilib. Bunun üçün Dünya Azərbaycanlılarının Bakı şəhərində qurultayları keçirilib, dünyadakı azərbaycanlılarla bağlı təşkilatların bir amal uğrunda birləşməsi, vətən naminə çalışmaları istiqamətində əməli işlər görülüb".
T.Qaraşov əlavə edib ki, ümummilli lider heydər Əliyevin siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə görülən həyati əhəmiyyətli işlər nəticəsində Azərbaycan xalqı üçün ildən-ilə uğurlu keçir: "Yola saldığımız 2015-ci il də əvvəlki illər kimi çox uğurlu olub. Bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb. Əlbəttə ki, 2015-ci ildə lənkəranlılar üçün ən əlamətdar hadisə prezident İlham Əliyevin Lənkərana növbəti səfəri olub. Prezident İlham Əliyev Lənkərana səfəri zamanı əsaslı təmir olunan şəhər Mədəniyyət Mərkəzinin, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Xan Sarayının, Liman- Nərimanabad- Balıqçılar magistral avtomobil yolunun açılışlarında iştirak edib" - icra başçısı bildirib.
Tədbirin sonunda  rayonun ictimai-siyasi həyatında fərqlənənlərin bir qrupuna Lənkəran Şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını və hədiyyələrini təqdim olunub.
Tədbirin bədii hissəsi Respublikanın və bölgənin tanınmış müğənnilərin ifaları ilə davam edib.







Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/lenkeranda-unya-azerbaycanlilarinin-hemreylik-gunu-ve-yeni-il-bayrami-qeyd-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR