"Apple” kapitallaşma üzrə reytinqdə liderdir

"Apple” kapitallaşma üzrə reytinqdə liderdir
15:13 30 Dekabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Bu il yüksək texnologiyalı şirkətlər dünyada kapitallaşma üzrə reytinqdə öz liderliyini möhkəmləndiriblər. Bu kateqoriya üzrə "Apple" reytinqdə birinci, "Alphabet" isə ("Google" və "Android"in əsas şirkəti) ikinci pillədə qərarlaşıb. Bu barədə “The Wall Street Journal”nda məlumat verilib.
AZƏRTAC “The Wall Street Journal”a istinadən xəbər verir ki, "Apple" şirkəti 2015-ci ilə 640 milyard dollar kapitallaşma ilə start verib. Yaz aylarında bu göstərici 750 milyard dollaradək artıb. Buna baxmayaraq, ilin sonuna doğru dünyanın ən bahalı şirkətinin bazar qiyməti 600 milyard dollardan aşağı düşüb. "Alphabet" şirkəti isə cari ildə kapitallaşmasını 45 faiz artıraraq 530 milyard dollara çatdırmağa müvəffəq olub. Son aylarda "Microsoft" korporasiyası da nəzərə çarpan irəliləyiş nümayiş etdirərək 450 milyard dollar göstəricisi ilə üçüncü pilləni tutub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotApple_kapitallasma_uzre_reytinqde_liderdir-915565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR