Salyanda ev yanıb, ölən var

Salyanda ev yanıb, ölən var
15:14 30 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Salyan rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhərin H.Z.Tağıyev küçəsində yerləşən Salyan şəhər sakini Nəcəfov Rəsul Əbülfəz oğluna məxsus 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsinə   Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb.

 

Yanğın zamanı tüstüdən zəhərlənən 77 yaşlı Şəfiqə Məmməd qızı Nəcəfova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR