Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Cəlilabadda yaxınları dünyasını dəyişən şəxslər təcili yardım işçilərini döyüblər

Cəlilabadda yaxınları dünyasını dəyişən şəxslər təcili yardım işçilərini döyüblər

Date: 30 December 2015 15:17

Bakı. 30 dekabr. REPORT. AZ/ Cəlilabadda çağırışa gedən təcili yardım işçiləri döyülüb. "Report" xəbər verir ki, hadisə rayonun Mirzə Ələkbər Sabir küçəsində baş verib.
Məlumata görə, çağırış yerinə ezam olunan həkimlər sözügedən ünvana çatdıqda ev sahibləri həkim Ruslan Sadıqova yumruq zərbələri endirərək onu döyməyə başlayıblar.
Həkimlərin sözlərinə görə, onlar çağırış yerinə 3 dəqiqə ərzində çatıblar. Lakin ev sahibi xəstənin dünyasını dəyişidiyini əsas gətirərk onlara qarşı güc tətbiq ediblər.
Cəlilabadda baş verən digər hadisə zamanı bir qurup şəxs xəstə aparan təcili tibbi yardım avtomobilinin qarşısını kəsərək avtomobilə zərbələr edniriblər.
Hər iki hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdıma aparılır. 

Tags:  Cəlilabadda yaxınları dünyasını dəyişən şəxslər təcili yardım işçilərini döyüblər

RƏYLƏR


Top news