Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan bir sıra səfirliklərini bağlayır - SİYAHI

Azərbaycan bir sıra səfirliklərini bağlayır - SİYAHI

Date: 30 December 2015 15:22

Azərbaycanın Latın Amerikası, Afrika və ərəb ölkələrində fəaliyyət göstərən bir sıra səfirlikləri bağlanacaq.

Milli.Az gün.az-a istinadən bildirir ki, bu barədə diplomatik mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, bəzi səfirliklərin bağlanması, bəzilərinin isə birləşdirlməsi gözlənilir. 

Buna səbəb isə həm maliyyəyə qənaət edilməsi, həm də qeyd edilən bu regionları əhatə edən bəzi səfirliklərin fəaliyyətini doğrultmamasıdır.

Qeyd edək ki, son illər Azərbaycanın bir sıra  Latın Amerikası və Afrika ölkələrində yeni səfirlikləri açılıb.

Hazırda ölkəmizin Kuba, Meksika (Kolumbiya, Panama, Honduras, Peru, Kosta-Rika və Qvatemala da akkreditə olunub), Argentina (Uruqvay, Çili, Boliviya və Paraqvayda da akkreditə olunub), Braziliyada (Ekvador, Surinam, Qayana və Trinidad-Tobaqoda da akkreditə olunub) səfirlikləri, ötən il Kolumbiya, Uruqvay, Çili, bu il isə Peruda diplomatik ofisləri təsis edilib.  

Həmçinin, Azərbaycanın Afrika ölkələri olan Misir, Mərakeş (Tunis, Mali, Qambiya, Portuqaliya, Seneqal və Mavritaniya akkreditə olunub), Efiopiya, Cənubi Afrika Respublikasında səfirlikləri fəaliyyət göstərir.

Amma hələlik bunlardan hansının bağlanacağı barədə dəqiq məlumat yoxdur.

Əldə etdiyimiz digər məlumata görə, bu günlərdə Azərbaycan prezidentinin geri çağırdığı bir sıra ölkələrdəki səfirlərinin bəzilərin yerinə təyinat olmayacaq və həmin ölkələrdəki səfirliklərin fəaliyyəti dayandırılacaq.
 

Milli.Az


Tags:  Azərbaycan sıra səfirliklərini bağlayır SİYAHI

RƏYLƏR


Top news