Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pol Skouls: "Van Qalı istefaya göndərmək lazım deyil"

Pol Skouls: "Van Qalı istefaya göndərmək lazım deyil"

Date: 30 December 2015 15:24

"Mançester Yunayted"in sabiq futbolçusu Pol Skouls Lui van Qal haqqında fikirlərini bölüşüb:

"Komanda uduzacağı təqdirdə van Qal qovulmalıdırmı? Belə düşünmürəm. Əlbəttə, onların futbolu kifayət qədər yaxşı deyil, xüsusilə də son 4-5 həftədə...

Başlanğıcda qalib gəlirdilər, birinci pilləyə qədər yüksəlmişdilər. Buna baxmayaraq, oynadıqları futbol cəzbedici deyildi.

Komandadakı bütün problemlərin nəzdində son nəticələr layiqlidi. Ancaq yenə də düşünürəm ki, van Qalı istefaya göndərmək lazım deyil. Ona daha bir şans vermək lazımdı.

Böyük təcrübəyə malikdi. Bir sıra nəhəng klubda çalışıb. Hər şeyi yenidə qaydaya salması üçün ona daha bir şans lazımdı".


Tags:  Mançester Yunayted Pol Skouls Lui van Qal

RƏYLƏR


Top news