Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış sənətşünas "AzDrama"nın direktorundan üzr istəməlidir - MƏHKƏMƏ

Tanınmış sənətşünas "AzDrama"nın direktorundan üzr istəməlidir - MƏHKƏMƏ

Date: 30 December 2015 15:29

 

 Nəsimi rayon Məhkəməsində Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovun iddiası üzrə məhkəmə prosesi başa çatıb.

 

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə qətnaməsi elan edilib. Qətnaməyə görə, Məmmədov Ənvər Yusif oğlu (Ənvər Börüsoy) üzr istəməli və təkzib verməlidir.

 

Belə ki, cavabdeh Məmmədov Ənvər Yusif oğlu tərəfindən bir sıra saytlarda yerləşdirilmiş yazılara görə, o, İ. İsrafilovdan üzr istəməklə təkzib verməlidir. Bundan əlavə Ə. Məmmədov vurduğu mənəvi zərərə görə 2 min manat məbləğində cərimə olunub.

 

Qeyd edək ki, Ə. Börüsoy tərəfindən “atev.az”, saytında “Dram dərnəyinə çevrilmiş Akademik Milli Dram Teatr”, “atev.az” saytında “Dəfn edilməyə hazırlanan teatr”, “atev.az” saytında “Komaya düşmüş teatr siyasətinin sosium harayı”, “muxalifet.az” saytında “Azərbaycanın mədəniyyət feodalları”, “atev.az” saytında “Çağdaş Azərbaycan teatrının böhran səbəbləri”, “atev.az” saytında “Prezidentə xəyanət”, “muxalifet.az” saytında “Milli Teatrımızın reanimasiyaya düşməsinin səbəbləri”, “Gündəm” qəzetində “Azdramanın azmış dramı” və “Hürriyyət” qəzetində “Dövlət Teatrı “şəxsi mülkiyyət”ə çevrilib” başlıqları altında  yazılar dərc edilib. Bundan sonra İ. İsrafilov məhkəməyə müraciət edərək işgüzar nüfuzunu ləkələyən məlumatların həqiqətə uyğun olmaması barədə həmin internet saytlarında və qəzetlərdə Ə. Məmmədov tərəfindən üzr istənilməklə təkzib verilməsini istəyib.

 


Tags:  Tanınmış sənətşünas AzDramanın direktorundan üzr istəməlidir MƏHKƏMƏ

RƏYLƏR


Top news