Auditorlar Palatası ilə ARPA arasında əməkdaşlıq sazişi imzalanıb

Auditorlar Palatası ilə ARPA arasında əməkdaşlıq sazişi imzalanıb
15:33 30 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Auditorlar Palatası ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında əməkdaşlıq sazişi imzalanıb.
Palatadan AZƏRTAC-a bildiriblər ki, sazişin əsas hədəflərinin əldə edilməsi məqsədilə tərəflərin peşəkar imkanlarının genişləndirilməsinə və onların maliyyə-təsərrüfat fəaliyyətinin effektivliyinin artırılmasına yönəldilən qarışlıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində öz səylərini birləşdirir. Sazişə əsasən, tərəflərin nizamnamə ilə müəyyən edilən vəzifələrinin əldə edilməsi məqsədilə onlar arasında əməkdaşlıq vasitəçi, agent və servis xidmətləri, elmi tutumlu məhsulların və proqram təminatlarının istehsalı və realizasiyası sahəsində elmi və təsərrüfat-iqtisadi fəaliyyət formasında həyata keçirilə bilər, eləcə də həm əvəzçilik, həm də birtərəfli qaydada tərəflərin bir-birinə geniş xidmətlər çeşidinin təqdim etməsi nəzərdə tutulur.
Elmi-praktik konfransların, tematik seminarların və dəyirmi masaların təşkili, birgə peşəkar müsabiqələrin keçirilməsi, tərəflərin ixtisas imtahanları və auditorların ixtisas səviyyəsinin yüksəldilməsi üzrə proqramların hazırlanmasında iştirak etməsi, beynəlxalq tələblər əsasında mühasib və auditorların təhsili ilə əlaqədar ixtisas tələblərinin uyğunlaşdırılması və hormonizasiyası işində fəal iştirak edilməsi planlaşdırılır.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Auditorlar_Palatasi_ile_ARPA_arasinda_emekdasliq_sazisi_imzalanib-915570

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR