Hacıqabul-Kürdəmir avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib

Hacıqabul-Kürdəmir avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib
15:38 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Hacıqabul, 30 dekabr, Mahir Babayev, AZƏRTAC
Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Kürdəmir hissəsi (yolun 120-200-cü kilometrliyi) yenidənqurmadan sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, “Hacıqabul-Kürdəmir avtomobil yoluna 2 zolaq əlavə edilməklə birinci dərəcəli texniki dərəcəyə təkmilləşdirilməsi” layihəsinin icrasına 2011-ci ilin dekabr ayında başlanılıb. Layihə üzrə örtüyü polimer asfalt-beton olan yolun ümumi eni 27,5 metrdir. Hərəkət zolağının sayı 4 olmaqla, hər bir zolağın eni 3,75 metrə çatdırılıb. Yenidənqurma layihəsi çərçivəsində 5 yol qovşağı və 1 hidravlik körpü inşa olunub. Bundan başqa, yolda 19 yeraltı keçid, 25 düzbucaqlı drenaj qurğusu, 148 dairəvi suötürücü və 24 avtobus dayanacağı tikilib. Nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün yol boyu müvafiq yol nişanlarının quraşdırılması, yol cizgi və yol göstərici xətlərinin çəkilişi aparılıb, ikitərəfli işıqlandırma sistemlərinin qurulması işləri həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Haciqabul_Kurdemir_avtomobil_yolu_yenidenqurmadan_sonra_istifadeye_verilib-915574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR