Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq kürdlərindən ŞOK İDDİA: "Türkiyə müstəqil Kürdüstanı dəstəkləyir"

İraq kürdlərindən ŞOK İDDİA: "Türkiyə müstəqil Kürdüstanı dəstəkləyir"

Date: 30 December 2015 15:39

Şimalı İraqın kürd lideri Mesud Barzaninin partiyası Türkiyənin Şimalı İraqda müstəqil Kürdüstan dövlətini dəstəklədiyini açıqlayıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Kürdüstan Demokrat Partiyasının nümayəndəsi Kamal Kərküki "rəsmi Ankara müstəqil Kürdüstanı dəstəkləyir” deyib.

 

Şimali İraqdakı kürdlərin “dili, mədəniyyəti, tarixi və torpaqları olduğunu”, bu torpaqları “idarə etmək haqqına sahib olduqlarını” deyən Kərküki onu da əlavə edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da müstəqil Kürdüstan dövlətinə qarşı olmadığını deyib: “Türkiyə qonşu ölkə olaraq, açıq  şəkildə  Kürdüstana qarşı olmadıqlarını və Bağdadla uzun və nəticəsi olacaq dialoq yaradacaqlarını bildirib”.

 

Onu da qeyd edək ki, Türkiyə prezidenti ötən aylarda İraq kürdlərinin azadlıq elan etməsinə “bu , İraqın öz işidir”, - deyə münasibət bildirmişdi. 

 


Tags:  İraq kürdlərindən ŞOK İDDİA Türkiyə müstəqil Kürdüstanı dəstəkləyir

RƏYLƏR


Top news