Nazpəri Dostəliyevanın evindən reportaj - fotolar

Nazpəri Dostəliyevanın evindən reportaj -  fotolar
15:41 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Nazpəri Dostəliyevanın evi söküləcək - Qərar verildi (06 Aprel 2017 12:18)
Nazpəri Dostəliyevanın evi söküləcək - Qərar verildi (06 Aprel 2017 12:12)
Nazpəri Dostəliyevanın evi söküləcək (06 Aprel 2017 11:25)

Yeni il ərəfəsində xalq artisti Nazpəri Dostəliyevanın evində qonaq olduq.

Axşam.az-a müsahibə verən müğənni qarderobundan, ətir kolleksiyasından, sənətindən bəhs edib:

- Bütün Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Ölkəmizdə  əmin-amanlıq, firavanlıq olsun. Övladlarımız xoşbəxt, valideynlərimiz uzun ömürlü olsun. Hər evdə valideyinin olmağı o evin ruzisi, bərəkəti, isməti olmaq deməkdir. Buna görə də bütün yaşlı nəsilə də uzun ömür, sağlam can arzulayıram.

- Nazpəri Dostəliyeva 2016-cı ildən nə gözləyir?

- 2016-cı ildə hər halda insan həyata necə baxırsa məncə elə də ömür yaşayır. Mən həyata çox gözəl baxıram. Həyatın bəzən enişli-yoxuşlu, mənfi-müsbət, hətta haqsızlığına rəğmən yenə həyata çox yaxşı baxıram, gələcəyə inanıram. Çünki, biz elə bir respublikada yaşayırıq ki, gələcəyimiz, həyatımız yaxşı olmalıdır. 

- Yeni ili harada qeyd edəcəksiniz?

- Hər il bayramda öz övladlarım, bacı-qardaşlarım və onların ailəsi ilə mənim Novxanıdakı bağ evimə yığışırlar. Amma bu il mənim böyük oğlum ailəsi ilə Moskvadadır, onlardan ayrıyam.  Nəvəm Tamerlandan ayrıyam, çox kədərlənirəm. İndi yanımda balaca Kərimim (övladı Əkbərin oğlu – red.) olacaq.

-Gəlinlərinizlə necə yola gedirsiniz?
 
- Yola gedib-getməmək məsələsi mənə aid deyil. Bir gəlinim 7, digəri 3 ildir ki, evimdədir. Hərəsi öz evində öz xanımlığını həyata keçirirlər. Bütün analara arzu edirəm ki, gəlin seçimində peşman olmasınlar. Nəvələrim mənim həyatımdır. Bəzən oğlanlarım qısqanırlar ki, “ana, sən bizi bəlkə də heç bu qədər sevməmisən”.  Balaca Kərimim və Tamerlanımla nəfəs alıram. Onlar həyatımın bu gün ən önəmli hissəsidir, mənim təsəlli yerimdir, üzümü güldürənimdir.

- Övladlarınızdan heç biri sizin sənətinizi davam etdirmədi.

- Əkbərin çox gözəl səsi var. O oxuyanda mən ancaq gözlərimin hakimi ola bilmirəm. Mütləq göz yaşı axıdıram, bilmirəm nədəndirsə kövrəlirəm. Amma Əkbər tamamilə başqa bir sahəni seçdi. Mən ondan xahiş etdim İncəsənət Universitetinə daxil ol, amma gördüm onun istəyi tamamilə başqadır.  O, Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil aldı. Daha sonra  Moskvada təhsilini davam etdirdi. Allahın bu gününə də min şükür, çalışır. Əli isə hüquq fakültəsini bitirib, Frankfurtda akademiya oxuyub. Hərəsi ayrı-ayrı bir sahəni seçdi. Nəvələrim hələ balacadır. Tamerlanın musiqi zövqü çox gözəldir. Elə ki, lirik, həzin mahnılar oxuyuram, uşaqlığına baxmayaraq görürəm ki, kövrəlir, balaca dodaqlarını büzüb ağlayır. Amma şən mahnılarda oxuyanda hamıdan şən o olur. Nəvələrim mənə “mama” deyir.

- Bir neçə gün əvvəl ad gününüz oldu. Ən böyük hədiyyəni kimdən aldınız?

- Tamerlan Moskavaya gedəndən sonra ad günümü xüsusi qeyd etmək istəmədim. Öz ailəmizlə oturub, yemişik. Bütün sevənlərimdən də təbrik aldım.

- Nazpəri Dostəliyeva gözəlliyinə necə qulluq edir?

- Həyata, insanlara, gələcəyə ürəklə baxıram. Daxilimdə bacardığım qədər paxıllıq hissləri uzaq edirəm. Xoşbəxtəm ki, heç vaxt kiminsə uğuruna paxıllıq etməmişəm. Daxilimin yaxşı xüsusiyyətidir ki, xaricimə büruzə verir. İnsanların kədəriylə kədərlənir, sevgisiylə sevinirəm. Heç vaxt özüm üçün yaşamadım.

- Bu yaxınlarda telekanalların sizə qoyduğu qadağa ilə bağlı açıqlama verdiniz. Həmin məsələdən sonra təkliflər gəldi?

- Heç bir qapını döymədim, döyməyəcəm də. Qürurumu, mənliyimi mənafeyə, şöhrətimə dəyişmərəm. Nə olubsa, qüruruma, şərəfimə toxunmayıb. Onu qorumağa çalışmışam. Nə olursa, olsun, heç bir kanalın qapısını döyməmişəm. İnsanların sualları günü-gündən çoxalırdı. Bilmirdim insanlara nə cavab verim. Mətbuat konfransı edib hamıya səbəbi çatdırdım. Mən xalqa, millətə aidəm. O sevginin qarşısında qadağa ola bilməz. Gülməli vəziyyət alındı. Bütün kanallar cavab verdi ki, “Yox, biz Nazpəri xanıma qadağa qoymamışıq”. Amma yalandır. Yenə də qadağa var. Rəsmi qadağa yoxdur, kanallar hansısa məmurun sözü ilə bu addımı edib. Gülünc vəziyyətə qalan telekanallardır. Sənətimi davam etdirirəm, klipimi də çəkdirirəm, mahnımı da oxuyuram. Bu gün internet saytları telekanallardan daha aktiv, daha oxunaqlıdır. Bir sənətkarı heç kim boğa bilməz. Pedoqoji fəaliyyətim də davam edir. Daha çox tələbə yetişdirirəm.

- Bilirik ki, səyahəti çox sevirsiniz. Ən çox hansı ölkəni bəyənirsiniz?

- Almaniyada, İtaliyada olmuşam. Əvvəl qastrol səfərinə getmişdim. Belə olanda şəhərləri gəzə bilmirəm, bütün fikrim konsertə yönəlir. Amma gəzməyə ailəmlə birlikdə gedirəm. İtaliyada 13-cü əsrə aid bir qala gördüm. Heyran qalmışdım. Hamı məni ciddi Nazpəri kimi görür. Amma səyahətdə nəvələrimlə uşaqlaşıram. Ayağımda idman ayaqqabıları onlarla oynayıram: karuselə minirəm, divara dırmaşıram, cizgi-filmlərinə baxıram. Allahımın mənə verdiyi bu günə şükür edirəm. Xoşbəxtəm.

- Sosial şəbəkələrdə də aktivsiniz...

- Sevənlərimlə ünsiyyətdə oluram. Lazım olanda onlara özüm cavab yazıram. Hətta "WhatsApp"-da mənə yazan sevənlərimə cavab verir, səs yazımı göndərirəm. İnstaqramda fotolarımı özüm yerləşdirirəm. Bir ara inandığım insanlara inandım.

- Nazpəri Dostəliyeva hər zaman geyim tərzi ilə də fərqlənib. Libaslarınızı necə seçirsiniz?

- Mənim çox zəngin qarderobum var. İlk dəfə 1996-cı ildə solo konsert vermişəm. Orada Almaniyadan gətizdirdiyim 5 libası geyindim. Mən səhnəyə girəndə tamaşaçılardan bu səsi eşitdim: “aaa”. O təəccüblə səs hələ də qulağımdadır. Hər konsertimdə xüsusi libaslar hazırladırdım. Allah yetirirdi, mən də edirdim. İndi də Allah yetirir, mən də libaslarımı alıram. Mümkün deyil ki, mən ucuz bir yerə müraciət edim. Hər zaman canlı oxumuşam. İndikilər kimi diski cibimə atıb, səhnəyə çıxmamışam. İndi
efirdə oxuyan çoxlarını görəndə utanıram. Toyxana mahnıları oxuyuram. Sənətkarlar susduqca, sənəti olmayanlar meydan sulayır. Bu Azərbaycan sənətinin ziyanına işləyir. Gənclərimizin arasında yaxşı sənəti olan, tərbiyəlilər var. Samir Piriyevi, Elton Hüseynəliyevi, Elnur Məmmədovu çox bəyənirəm. Həm oxumağı, həm davranışı gözəldir.

- Eşitmişik ki, ətir kolleksiyası yığırsınız...

- Heç sənətə gəlməzdən əvvəl ətirlərə marağım olub. Xüsusi şüşəli rəf düzəltdirmişəm. Bütün evlərimdə o rəfdən olub. Kolleksiyamda olan ətirlərdən istifadə etmirəm. Ordakılardan da bahalı ətirlər vururam. Şirin qoxulardan uzağam. Klassik ətirləri sevirəm. Kolleksiyamda da belə ətirlər var. Heç vaxt onları saymıram. Burada 1982-ci, 1993-cü illərin ətirləri də var. Hansı ölkəyə getmişəmsə, mütləq ətir almışam. Ac-susuz qalmışam, amma ətirsiz qayıtmamışam.

- İllərdir sizi eyni imicdə görürük. Nə vaxtsa imicinizi dəyişməyi düşünürsünüz?

- Mənim elə saçlarım var idi ki, yuyurdum, fensiz toya gedirdim. Saçlarım kürəyimə düşəndə elə bilirdim, ədyala bürünmüşəm. Elə toy olmurdu ki, orada iki-üç geyim dəyişməyim. Saçlarımın qalınlığından isti olurdu. Saçlarımın formasını dəfələrlə dəyişmişəm. Heç vaxt xalqıma üz qarası olacaq libas geyinməmişəm. Fransanın ən məşhur stilistindən geyim alsam belə, ora ismətimi əlavə etmişəm. Cırıq şalvarda, uzun razrezdə səhnəyə çıxsam, məndən örnək götürəcək. Mən bunun məsuliyyətini qoruyub saxlamışam.

- Açıqlamanızda Türkiyədə yaradıcılıq işləri ilə bağlı yeniliklər edəcəyinizi demişdiniz...

- Hansı ölkənin müğənnisi bizdə var? Bircə Manana gəlib, ona da hərə bir söz deyib. Heç bir ölkədə də bizim müğənninin öpüb başlarının üstünə qoymayacaqlar. Böyük-böyük danışmıram. Öz vətənimdə qalıram. Uzağı başqa ölkədə bir serialda iştirak edib, bir klip çəkdirərsən. Başqa yerdə çıxış edib, özünü vətənindəki sənətkardan uca göstərmək yaxşı iş deyil. Belə söhbətlərdə diqqətli olmuşam. Mənim etdiklərimi başqası etsəydi, özünə oturmağa yer tapmazdı. Haqsızlıqlara rast gəlsəm də, xalqıma canım qurban. Məni ucaldan, şərəfləndirən dövlətim və xalqım olub. İşlərim çoxdur, amma hamısını qəbul etməyəcəm. Kommersiya olanı da, olmayanı da var. Ayağımı yorğanıma görə uzadıram. Hansı sərf edərsə, qəbul edəcəyəm.

Foto: Ramin ASLANOV















RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Okean sahilində kafe - FOTO

25 May 2017 05:32

Braziliyada iğtişaşlar: azı 49 yaralı

25 May 2017 05:15

Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq

25 May 2017 05:02

Tez-tez xəstələnməyin, halsızlığın səbəbi… - VİDEO

25 May 2017 04:58

ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb

25 May 2017 04:47

İki mərtəbəli mənzil - FOTO

25 May 2017 04:32

Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib

25 May 2017 04:27

Mourinyo 3-cü, “Mançester Yunayted” 5-ci oldu

25 May 2017 04:24

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur

25 May 2017 04:03

ŞOK İDDİA!

25 May 2017 03:39

Bakıda sərxoş kişi özünü bıçaqlayaraq intihara cəhd edib

25 May 2017 03:32

Litva səciyyəli minimalizm - FOTO

25 May 2017 03:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 03:29

Tərtərə palçıqlı yağış yağdı

25 May 2017 03:19

Tovuzda zəhərlənmə: 25 yaşlı gənc spirtli içkidən komaya düşdü

25 May 2017 03:08

Türkiyədə Nuhun gəmisi tapıldı

25 May 2017 02:59

Hizer jurnala bəzək oldu - FOTO

25 May 2017 02:32

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

25 May 2017 02:27

"Barselona"nın futbolçusu "İnter"ə keçir

25 May 2017 02:23

Ağıllı KİŞİLƏR, yoxsa QADINLAR daha çox xəyanət edir? - ARAŞDIRMA

25 May 2017 02:18

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47