Eldar Mansurov şirkət yaradan oğlundan danışdı

Eldar Mansurov şirkət yaradan oğlundan danışdı
15:42 30 Dekabr 2015
85 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış bəstəkar, xalq artisti Eldar Mansurovun oğlu Anar Mansurov Çexiyaya məxsus "CzechConstruction Service" MMC adlı tikinti şirkətinin Azərbaycanda nümayəndəliyini açıb.

Publika.az-a açıqlama verən Eldar Mansurov APA-nın xəbərini təsdiqləyib. Bəstəkar oğlunun hər uğuruna sevindiyini bildirib.
 
Qeyd edək ki, Nümayəndəlik Bakının Yasamal rayonu, Tbilisi prospekti ev 49C ünvanında yerləşir. MMC bu ilin dekabrın 4-də dövlət qeydiyyatına alınıb. Azərbaycan Beynəlxalq Bankı Anar Mansurovun şirkətinin tərəfdaşıdır. Xatırladaq ki, bəstəkarın digər oğlu Ülvi Mansurov Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavinidir.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/394307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR