"Səs Azərbaycan"dan keçməyəni "O səs Türkiyə" bəyəndi

"Səs Azərbaycan"dan keçməyəni "O səs Türkiyə" bəyəndi
15:46 30 Dekabr 2015
73 Şou
Ölkə mətbuatı
A- A+

"O səs Türkiyə"də daha bir azərbaycanlı uğur qazanıb.

ANS PRESS-in məlumatına görə, Türkiyənin populyar müsabiqəsi “O Səs Türkiyə”yə qatılan həmyerlimiz Ruslan Əlişandır. O, Sianın repertuarından "Titanium" mahnısını səsləndirib.

Ruslan öz ifası ilə münsiflərdən Murad Boz və Gökhan-Hakan Özoğuzları özünə tərəf döndürə bilib. Murad Boz onun ifasının son hissəsini bəyəndiyini və bunun üçün döndüyünü qeyd edib. Həmyerlimiz çox düşündükdən sonra yarışa Murad Bozla davam edəcəyini bildirib.


Ruslan Əlişan "O səs Türkiyə" yarışında


Ruslan Əlişan "Səs Azərbaycan" yarışmasında da iştirak edib, amma o, ifasıyla heç bir münsifi özünə tərəf döndərə bilməyib. Münsiflər onun düzgün mahnı seçmədiyini və səs imkanlarını göstərə bilmədiyini deyiblər.


Ruslan Əlişanın "Səs Azərbaycan"dakı çıxışı

Azərbaycandan olan ifaçılar "O səs Türkiyə" yarışmasına kifayət qədər böyük maraq göstərirlər. Hətta yarışmanın ötən mövsümünün qalibi azərbaycanlı müğənni Elnur Hüseynov olub. O, Ebru Gündəşin komandasında mübarizə aparıb.


Elnur Hüseynovun "O Səs Türkiyə"dəki ifası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR