Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rza İbadov 10 ildən sonra Bakıya qayıtdı

Rza İbadov 10 ildən sonra Bakıya qayıtdı

Date: 30 December 2015 15:47

Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov bu yaxınlarda Bakıya gəlib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məlumatı modern.az yayıb. Xəbərdə bildirilir ki, Rza İbadov 3 həftə bundan öncə Bakıya gəlib və sonra yenidən Londona qayıdıb. Onun Bakıya qəfil gəlişinin məqsədi barədə məlumat verilməyib.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

Əvvəllər iki dəfə Milli Məclisə üzv seçilən R.İbadov 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Lakin seçki prosesinin gedişində şəxsinə təzyiqlər olduğunu əsas gətirərək, Azərbaycanı tərk edib və İngiltərəyə gedib.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.
 

Milli.Az
 


Tags:  Rza İbadov 10 ildən sonra Bakıya qayıtdı

RƏYLƏR


Top news