Rusiyadan Türkiyəyə növbəti iqtisadi zərbə

Rusiyadan Türkiyəyə növbəti iqtisadi zərbə
15:51 30 Dekabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya hökuməti Türkiyə və bu ölkənin vətəndaşlarının nəzarəti altında olan şirkətlərə qadağan edilmiş iş və xidmətlərin siyahısını təsdiq edib.

ANS PRESS-in məlumatına görə, Türk şirkətləri xüsusilə Rusiyada tikinti və memarlıq materiallarının satışını həyata keçirə bilməzlər. Bununla yanaşı turizm sahəsində fəaliyyət göstərmək, dövlət üçün işləmək də rəsmən qadağan olunur.

Türkiyə şirkətlərinə qoyulan digər bir qadağa isə Rusiyada ağac emalı ilə məşğul olmaqdır.

Hökümətin verdiyi bütün bu qərarlar 1 yanvar 2016-cı ildən qüvvəyə minir və mövcud müqavilələrə heç bir təsiri yoxdur.



Ümumiyyətlə Moskva və Ankara arasındakı münasibətlər 24 noyabrda türk hava qüvvələrinin, Rusiya Su-24 təyyarəsini vurduqdan sonra kəskinləşib. Nəticədə Rusiya prezidenti Vladimir Putin 28 noyabr tarixində, Türkiyəyə qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncama gorə 1 yanvar 2016-cı ildə Türkiyədən Rusiyaya ixrac olunan tərəvəz , meyvə, dondurulmuş quş əti və duz idxalına qadağa qoyulub.

Həmçinin 1 yanvar 2016-cı ildən Türk vətəndaşlarına Rusiyaya vizasız səyahət rejimi ləğv edilib.


Rusiya təyyarəsinin vurulduğu yer

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR