Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukraynalılar Bakı Metrosuna göz dikdi

Ukraynalılar Bakı Metrosuna göz dikdi

Date: 30 December 2015 15:51

Ukrayna 2016-2017-ci illərdə Bakı metropoliteninin tikintisində iştirak etmək fikrindədir.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukraynanın regional tikinti və mənzil-komunal təsərrüfatı naziri Gennadi Zubko bildirib. Onun sözlərinə əsasən, Bakı metropoliteninin əlavə qollarının tikinti layihəsinin həyata keçirilməsində Ukrayna şirkətləri iştirak etmək niyyətindədirlər.

"Ukrayna inşaatçıları, nəinki, Aşqabaddakı metropolitenin tikintisində, eləcə də, Bakıdakı metropolitenin tikintisində iştirak edə bilərlər", - deyə nazir Kiyevdə keçirilən brifinqdə qeyd edib.


Gennadi Zubko - Ukraynanın regional tikinti və mənzil-komunal təsərrüfatı naziri


Zubkonun sözlərinə görə, Ukrayna Bakıdakı metropolitenin 2016-2017-ci illərdəki tikintisində iştirak etmək istəyir. Nazir onu da əlavə edib ki, hal-hazırda Aşqabaddakı metropolitenin tikintisində Yaponiyanın da daha iki şirkəti də maraqlıdır.


Kiyev, Ukrayna


Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu haqda məlumatının olmadığını bildirdi.

"Ola bilsin ki, Ukrayna şirkətləri bu tikintilərdə iştirak etmək istəsin. Bu təbii haldır. Amma bu barədə bizdə məlumat yoxdur. Ümumiyyətlə, Ukrayna şirkətləri ilə danışıqlar, layihələr də hələ ki, gözlənilmir", - deyə qurum rəsmisi əlavə etdi.


Nəsimi Paşayev - Bakı Metropolitenin mətbuat xidmətinin rəhbəri

Tags:  Ukraynalılar Bakı Metrosuna göz dikdi


RƏYLƏR


Top news