Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: "Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür"

Date: 30 December 2015 15:52

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin açılışında bildirib. 
Açılışdasn sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşdüblər. 
Dövlət başçısı mərkəzin və eko-parkın yüksək səviyyədə qurulduğunu, burada hər cür şəraitin yaradıldığını bildirib. Ölkəmizin hər yerində, o cümlədən paytaxtda ictimai yerlərin, parkların yaradıldığını deyən dövlətimizin başçısı bütün bunların da insanların rahatlığı üçün edildiyini diqqətə çatdırdı. Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən Prezident İlham Əliyev Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu dedi. Ölkəmizdə sosial və infrastruktur layihələrinin, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının uğurla icra olunduğunu söyləyən dövlətimizin başçısı 2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini dedi, növbəti illərdə ölkəmizin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını vurğuladı. Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirdi. “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”,- deyən dövlətimiz başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırdı.

Tags:  Prezident İlham Əliyev Azərbaycan xalqının maraqları mənim hər şeydən üstündür

RƏYLƏR


Top news