Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dəmiryolçulara yeni mənzillərinin açarları təqdim edilib

Dəmiryolçulara yeni mənzillərinin açarları təqdim edilib

Date: 30 December 2015 15:53


Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 74 dəmiryolçuya yeni mənzillərinin açarları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 30-da “Azərbaycan Dəmir Yolları”da təşkil edilən yığıncaqda QSC-nin sədri Cavid Qurbanov il ərzində dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, Azərbaycanın “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbirdə Yeni Azərbaycan Partiyasına üzv olan dəmiryolçulara üzvlük vəsiqələri də təqdim edilib.




Tags:  Dəmiryolçulara yeni mənzillərinin açarları təqdim edilib


RƏYLƏR


Top news