Jerar Depardye həmyerlisi Fanni Ardanın filmində Stalin rolunu ifa edəcək

Jerar Depardye həmyerlisi Fanni Ardanın filmində Stalin rolunu ifa edəcək
15:58 30 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Fransız aktyoru Jerar Depardye həmyerlisi və həmkarı – məşhur fransız aktrisası Fanni Ardanın çəkdiyi filmdə İosif Stalin rolunu ifa edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, söhbət Jan-Daniel Baltassın 2013-cü ildə işıq üzü görən “Stalinin Divanı” psixoloji romanı əsasında çəkiləcək filmdən gedir. Romanda 1950-ci illərdə, Stalinin vəfatından üç il əvvəl SSRİ-də cərəyan edən hadisələrdən bəhs olunur.
Hələ ki, film üzərində işlərin nə vaxt başlayacağı barədə məlumat verilmir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jerar_Depardye_hemyerlisi_Fanni_Ardanin_filminde_Stalin_rolunu_ifa_edecek-915581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR