Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azdrama"nın direktoru məhkəmədə uddu

"Azdrama"nın direktoru məhkəmədə uddu

Date: 30 December 2015 16:05

Nəsimi Rayon Məhkəməsində Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovun iddiası üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teatrın mətbuat xidmətinə istinadən bildirir ki, hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə qətnaməsi elan edilib. Qətnaməyə görə, Məmmədov Ənvər Yusif oğlu (Ənvər Börüsoy) bir sıra saytlarda yerləşdirilmiş yazılara görə İ. İsrafilovdan üzr istəməklə təkzib verməlidir.
 
Bundan əlavə, Ə. Məmmədov vurduğu mənəvi zərərə görə 2 min manat məbləğində cərimə olunub.
 
Qeyd edək ki, Ə. Börüsoy tərəfindən qəzetlərdə və internet saytlarında Akademik Milli Dram Teatrı və teatrın direktoru haqqında yazılar dərc edilib. Həmin yazılardan sonra İ. İsrafilov məhkəməyə müraciət edərək işgüzar nüfuzunu ləkələyən məlumatların həqiqətə uyğun olmaması barədə həmin internet saytlarında və qəzetlərdə Ə. Məmmədov tərəfindən üzr istənilməklə təkzib verilməsini istəyib.

Milli.Az


Tags:  Azdramanın direktoru məhkəmədə uddu


RƏYLƏR


Top news