Daha bir sarsaqlıq: "Şaxta baba ermənidir"

Daha bir sarsaqlıq: "Şaxta baba ermənidir"
16:05 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Yeni il Ermənistanda çoxdan bəri "Amanor", "Nor tari", "Taremut", "Tareqlux" kimi adlarla tanınır. Bundan əlavə, ermənilər bu bayramı qədimdən bəri böyük coşqu ilə qeyd edərək cıdır yarışları keçiriblər.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə keçirdiyi mətbuat konfransında etnoqraf-alim, tarix elmləri doktoru, professor Rafael Naapetyan bildirib.

R.Naapetyanın sözlərinə görə, tarixi mənbələrin hansındasa bu bayramın köklərinin eramızdan əvvəl 2492-ci ilə qədər gedib çıxdığı qeyd olunub: "Ayk Belə məhz o zaman qalib gəlib. Nuh peyğəmbərin köçü isə Ararat dağının zirvəsində qərar tutaraq dayanıb".

R.Naapetyan daha sonra bu dedikləri əsasında erməni üslubunda "sensasion" qənaətə gəlib: "Mənbələrdə Möcüzəvi Nikolay haqqında isə belə tarixi qeydlər var ki, o, eramızın 280-ci ilində anadan olub, özü də mənşəcə ermənidir. Avropada onun şərəfinə yüzlərlə kilsə tikilib. Onun missiyası insanları müalicə etmək idi. Onun gəlişi hər ailədə sevinc və ümidlə gözlənilirdi və xoş hadisə idi. Daha sonralar o, Şaxta baba adlanmağa başladı. Rusların Şaxta baba obrazı isə əvvəllər mənfi idi. Çünki o, ətrafında olan hər şeyi dondurur, daha sonra isə xeyirxah adama çevrilərək insanlara xoşbəxtlik bəxş edirdi".

Erməni etnoqrafının iddiasına görə, ermənilərin Şaxta babanı əvəzləyən personajı olub: "Erməni tarixçiləri yazır ki, həmin personajın rolunu Saak Partev oynayıb. O, uşaqların ən sevimli personajlarından biri olub. Onun adı Mets Papuk idi".
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/394324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR