Bakıdan Gürcüstana BTQ üzrə sınaq yük qutarı buraxılıb

Bakıdan Gürcüstana BTQ üzrə sınaq yük qutarı buraxılıb
16:08 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Ötən həftə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üzrə beş vaqondan ibarət sınaq yük qatarı uğurla buraxılıb, qatar Bakıdan Axalkalaki stansiyasınadək hərəkət edib. Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, layihənin reallaşdırılması üzrə işlər tam sürətlə gedir: "Dekabrın 24-də Bakıdan Axalkalaki stansiyasınadək beş yük vaqonundan ibarət sınaq qatarı buraxdıq. Onun orta sürəti saatda 40-50 kilometr təşkil edib".

C.Qurbanov qeyd edib ki, gələn ilin ortalarınadək Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolunun elektrikləşdirilməsi, eləcə də Gürcüstan və Türkiyə arasında tunelin tikintisi üzrə işlər bu ölkələr tərəfindən başa çatdırılacaq.

QSC sədri əlavə edib ki, hazırda tunelin daxili hissəsinin detallaşdırılması üzrə işlər aparılır: "Türkiyə tərəfində də işlər davam etdirilir. Bildiyim qədərilə, bu günlərdə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Binali Yıldırım layihə üzrə bütün podratçı şirkətlərlə görüş keçirib və iki sahəni birləşdirmək üçün gələn ilin ortalarına tunelin tikintisini yekunlaşdırmağı tapşırıb".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR