Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda hündürmərtəbəli binada YANĞIN: 2 nəfər xilas edildi

Bakıda hündürmərtəbəli binada YANĞIN: 2 nəfər xilas edildi

Date: 30 December 2015 16:09

 

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci, 6-cı mərtəbələrində tikilmiş ümumi sahəsi 4 kv.m olan köməkçi otağın 1 kv.m sahədə yanar konstruksiyaları, 3 ədəd su sayğacı və 10 p.m elektrik kabeli yanıb. Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yüksək temperaturdan mənzillərə gedən plastik su xətləri əriyib.

 

Yanğın zamanı mənzildən bir azyaşlı və liftin içərisində köməksiz qalmış vətəndaş yanğınsöndürənlər tərəfindən xilas edilib. Sayğacların və elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.  

 

Yanğın saat 13:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Tags:  Bakıda hündürmərtəbəli binada YANĞIN nəfər xilas edildi

RƏYLƏR


Top news