Əli Həsənov: "Azərbaycanın uğurlu inkişafı davam edir"

Əli Həsənov: "Azərbaycanın uğurlu inkişafı davam edir"
16:12 30 Dekabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 30 dekabr. REPORT.AZ/ “Azərbaycanın uğurlu inkişafı davam edir".
“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Xəzər" televiziyasının yeni binasının açılışında çıxışda deyib. 
Prezidentin köməkçisi qeyd edib ki, son illərdə ölkədə geniş abadlıq-quruculuq işləri aparılıb: “Yeni binalar, mədəniyyət abidələri tikilib, istifadəyə verilib. Ümumilli lider Heydər Əliyev Azərbaycanı inkişaf etmiş, indiki kimi görmək istəyirdi. Müstəqil Azərbaycan ümummilli liderin istədiyi kimi qurulub, yaradılıb. Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir”. 
Ə.Həsənov vurğulayıb ki, "Xəzər" televiziyasının yeni binası Bakının ən cəlbedici və gözəl binalarından biridir: "Bina müasir standartlara cavab verir. Televiziyanın yeni binasında bütün texniki imkanlar var”.
Prezidentin köməkçisi deyib ki, televiziya işi adi sahibkarlıq fəaliyyəti deyil: “Televiziya hər bir ailəyə daxil ola bilir. Yəni, bu adi biznes sahəsi deyil. Bu sahə çox önəmlidir. Televizyalar efirə ən nümunəvi ziyalını, gənci, məmuru çıxarmalıdır”.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/eli-hesenov-azerbaycanin-ugurlu-inkisafi-davam-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR