Səməd Seyidov: "Azərbaycanı "Qlobal Maqnitski Aktı"na əlavə etmək cəhdləri alınmayacaq"

Səməd Seyidov: "Azərbaycanı "Qlobal Maqnitski Aktı"na əlavə etmək cəhdləri alınmayacaq"
16:19 30 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası işçi qrupunun rəhbəri Səməd Seyidov ABŞ Konqresi tərəfindən "Qlobal Maqnitski Aktı"na Azərbaycanın da əlavə olunacağı barədə məlumatlara münasibət bildirib.

 S. Seyidov APA-ya açıqlamasında deyib ki, Azərbaycanda bəzi mətbuat orqanları bu məsələni yanlış təqdim edir.

 S. Seyidov bildirib ki, bu ilin əvvəlindən Konqresdə "Qlobal Maqnitski Aktı" müzakirə olunur və artıq komitələr səviyyəsində də müzakirə keçirilib: “Bu, Rusiyaya qarşı qəbul olunmuş "Maqnitski Aktı"nın başqa ölkələrə və şəxslərə şamil olunması ilə bağlı bəzi konqresmenlərin və senatorların təşəbbüsüdür. Konqresmen Kristofer Smitin bu yaxınlarda təqdim etdiyi “Azərbaycan Demokratiya Aktı-2015” qanun layihəsi də gələn il böyük ehtimalla qəbul olunacaq "Qlobal Maqnitski Akt"ına ermənilərin köməyi ilə Azərbaycanı daxil etmək cəhdidir. Konkret Azərbaycanla bağlı sənədin müzakirəsindən söhbət getmir. Belə məsələləri işıqlandırarkən bizim mətbuat bunu nəzərə almalıdır”.

 

S. Seyidov hesab edir ki, "Qlobal Maqnitski Aktı"na Azərbaycanı əlavə etmək cəhdləri alınmayacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227177

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR