Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib

16:28 30 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

DİN-də geniş kollegiya iclası keçirilib - (22 Aprel 2017 01:52)
DİN-də kollegiya iclası keçirildi (21 Aprel 2017 19:33)
Cəbhə bölgəsində Müdafiə Nazirliyinin geniş kollegiya iclası keçirildi - FOTO (21 Aprel 2017 11:53)


Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Respublika Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında çıxış edən Baş prokurorun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev ümummilli lider Heydər Əliyevin milli dövlətçilik kursunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, məqsədyönlü tədbirlər nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmləndirilib, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi sürətlənib. 2015-ci ildə ölkənin inkişaf dinamikasında ciddi keyfiyyət dəyişiklikləri baş verib, sosial-iqtisadi siyasətin uğurla həyata keçirilməsi nəticəsində böyük nailiyyətlər əldə olunub.
Ölkə iqtisadiyyatının dinamik inkişafının Silahlı Qüvvələrin fəaliyyətinə də müsbət təsir göstərdiyini deyən hərbi prokuror qeyd edib ki, son illər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti daha da yüksəlib, şəxsi heyətin nizam-intizamı güclənib, nöqsanların aradan qaldırılması istiqamətində irəliləyişlərə nail olunub. Xanlar Vəliyev digər hüquq mühafizə orqanları ilə birgə 2015-ci ildə də cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizə, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahələrində görülən tədbirlər və yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində atılan addımlar barədə ətraflı məlumat verib.
“2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb. Bu qəbildən olan bir sıra işlərin istintaqı tamamlanıb, ibtidai istintaqın keyfiyyətinin yaxşılaşdırılması, qüvvədə olan cinayət-prosessual qanunvericiliyin tələblərinə dəqiq əməl edilməsi üzərində nəzarət gücləndirilib. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın istintaq zamanı ödənilməsi təmin olunub” – deyə X.Vəliyev bildirib.
Kollegiyada görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.
Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun hərbi prokurorluq orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib və dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları xüsusi vurğulanıb. İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə olunub. Vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib.
İclasda prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümü və peşə bayramı günündə Prezident İlham Əliyevin 2015-ci il 30 sentyabr tarixli Sərəncamına müvafiq olaraq, ölkədə qanunçuluğun təmin edilməsində, ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında xidmətlərinə görə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş hərbi prokurorluq əməkdaşlarına respublika hərbi prokuroru Xanlar Vəliyev tərəfindən dövlət mükafatları təqdim edilib.
Dövlət mükafatlarına layiq görülmüş əməkdaşlar çıxış edərək, bu təltifləri onlara göstərilən yüksək etimad kimi dəyərləndirib və dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Kollegiyada 2016-cı ilin birinci yarım ili üçün iş planı təsdiq edilib, 2015-ci ilin yekunlarına dair keçiriləcək geniş kollegiya iclasına hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Rostropoviç festivalı başa çatdı

27 Aprel 2017 22:59

Bu müsəlman ölkəsində fahişəlik qanunidir - 12 yaşli qizlar… - ŞOK FAKTLAR - FOTOLAR

27 Aprel 2017 22:58

Mariya Zaxarova azərbaycanlı jurnalistləri təhqir etdi –

27 Aprel 2017 22:58

Mariya Zaxarovadan Azərbaycan jurnalistlərinə qarşı qeyri-adekvat davranış

27 Aprel 2017 22:54

2 yaşından siqaret çəkən uşağın indiki halı hər kəsi təəccübləndirdi - FOTO

27 Aprel 2017 22:38

Bakıda ruhi əsəb dispanserində iki xəstə ölüb

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi -

27 Aprel 2017 22:37

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27 Aprel 2017 22:34

Bakıda motosikletlə vurularaq öldürülən piyadanın şəxsiyyəti müəyyənləşib

27 Aprel 2017 22:27

Tvitter xəstəliyi, “sındırılan” prezident və xalq düşmənləri - Trampın YÜZ GÜNÜ

27 Aprel 2017 22:23

Serj Sarkisyandan müharibə mesajı:

27 Aprel 2017 22:17

“Su festivalı” Qəbələdə

27 Aprel 2017 22:14

Almaniyada silahlı şəxs polisə hücum edib

27 Aprel 2017 21:49

"Moskva Türkiyənin kürdlərə zərbə endirməsindən narahatdır" -

27 Aprel 2017 21:46

Dərisinə görə utanan tibb bacısı İnstaqramda ulduza çevrildi - FOTO

27 Aprel 2017 21:38

Yusif Həsənov: "İlk mövsümdə ikinci yeri tutmaq pis nəticə sayılmamalıdır"

27 Aprel 2017 21:32

Bakı-2017:

27 Aprel 2017 21:27

Daşkəsəndə mənşəyi məlum olmayan heyvan əti aşkarlandı - FOTOLAR

27 Aprel 2017 21:13

Bitlisdə hərbçilərə qadın PKK-çılar hücum edibmiş

27 Aprel 2017 21:04

Yaşın nə fərqi var ki?! 77 yaşlı aktyor gənc sevgilisi ilə bu vəziyyətdə göründü – FOTOLAR

27 Aprel 2017 21:03

Döyməli gəlinlər - FOTOLAR

27 Aprel 2017 21:03

DİN-in polis veteranları cinayətkarlıqla mübarizədə fəallıq göstərirlər

27 Aprel 2017 21:02

Baş nazirin evi qarət edildi

27 Aprel 2017 20:57

İslamiada: Basketbol yığmamızın heyəti açıqlandı

27 Aprel 2017 20:48

Azərbaycanda ilk dəfə tamaşa işarət dili ilə tərcümə olunacaq

27 Aprel 2017 20:47

Ruslan Abışov “Bakı Marafonu 2017”yə qatılacaq

27 Aprel 2017 20:37

Bu ölkədə fahişəlik qanunidir –

27 Aprel 2017 20:34

Gəncədə həyat yoldaşını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27 Aprel 2017 20:32

Bu ilin I rübündə istehlakçılara 57 mln. kubmetr həcmində su verilib

27 Aprel 2017 20:27

TRT Radioları 90 illik yubileyini 90 saatlıq canlı yayımla qeyd edəcək

27 Aprel 2017 20:22

Baş nazirin evin qarət olundu

27 Aprel 2017 20:19

Dostları Ədalət Şükürovun ad günündə

27 Aprel 2017 20:15

“Nezavisimaya qazeta”: Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 20:13

Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı məkan istifadəyə verilib

27 Aprel 2017 20:07

Moskvanın müharibə SSENARİLƏRİ, Qarabağ üçün SABAH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

27 Aprel 2017 20:03

Komitə rəsmisi: "Dünyada uzun illərdir məqsədyönlü şəkildə islamofobiya hökm sürür"

27 Aprel 2017 20:02

“Birincilər”in bombardiri bəlli oldu

27 Aprel 2017 19:59

Qəbələdə "Su festivalı" keçirilib

27 Aprel 2017 19:57

Ağdaşda süni balıq gölü sakinlər tərəfindən dağıdılıb

27 Aprel 2017 19:57

Berlində həyəcanlı dəqiqələr:

27 Aprel 2017 19:55

Kim yeni bikinisi ilə - FOTO

27 Aprel 2017 19:54

Ermənistanda vəkillər həmkarlarını döyüblər

27 Aprel 2017 19:52

Bu il Xəzərin Azərbaycan sahillərində 21 çimərlik yaradılacaq

27 Aprel 2017 19:43

“İS(S)İ 2015: İqtisadiyyatın liberallıq potensialı” kitabının təqdimatı keçirilib

27 Aprel 2017 19:42

"Qalatasaray"a cəza: azerkeşsiz oynayacaq

27 Aprel 2017 19:39

Naxçıvanda təlim keçirilir

27 Aprel 2017 19:33

Şimali Koreyadan qurtulmaq istəyənlər bizə sığınsın -

27 Aprel 2017 19:32

"Kara Sevda"ın Nihalından ilginc addım: Dodağına "K" döydürdü

27 Aprel 2017 19:29

"Naftoqaz"ın Rusiyanın "Qazprom" şirkətinə borcu 37 mlrd. dollara çatıb

27 Aprel 2017 19:27

Bakı ermənisi Sülh Platformasının ofisinə baş çəkdi - FOTO

27 Aprel 2017 19:24