Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Azneft" İB-də yeni texnika və texnologiyalar tətbiq olunur

"Azneft" İB-də yeni texnika və texnologiyalar tətbiq olunur

Date: 30 December 2015 16:38

Bakı. Trend:

SOCAR-ın mühüm struktur vahidlərindən olan “Azneft” İstehsalat Birliyi hasilat prosesində, tikinti-quraşdırma işlərində, yataqların işlənilməsində mütərəqqi yeniliklərin tətbiqinə önəm verir, yeni texnika, texnologiya və avadanlıqlar öz müsbət təsirini göstərir.

Trend-in SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, cari il ərzində də bu istiqamətdə bir çox tədbirlər həyata keçirilib. Qazmadan çıxan quyularda laylardan gələn mexaniki qarışıqların, eləcə də qum təzahürünün qarşısının alınması məqsədilə məftilli süzgəclər tətbiq edilir ki, nəticədə quyunun uzunmüddətli istismarı təmin olunur. İstehsalatda tətbiqi genişləndirilən iki pakerli qoruyucular isə uzun müddət istismarda olan və korroziyaya uğramış kəmərləri bərpa edir, sızmaların qarşısını alır.

Bundan başqa, dənizdə ləğv olunmuş quyuların gövdələrinin dənizin dibindən kəsilərək quyu ağzının hermetik və etibarlı bağlanması işi həyata keçirilir. Bu üsulla həm fəaliyyəti dayandırılmış quyular ekoloji cəhətdən etibarlı ləğv edilir, həm də dəniz akvatoriyası təmizlənir. Yeni nəsil “Qazodinamik” seperator qurğusunun tətbiqi hasil olunmuş qazın tərkibindəki mayenin qazdan ayrılmasını təmin edir.

Bütün bunlarla yanaşı, 2015-ci il ərzində Birlik üzrə 405 obyektdə yeni texnika və texnologiya tətbiq olunub, nəticədə 29,5 min ton əlavə neft əldə edilib. Bu, ötən ilin göstəricisindən 7,1 min ton artıqdır. Səmərəliliyin artırılmasına xidmət edən yeni texnika və texnologiyaların tətbiqi bundan sonra da davam etdiriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azneft İB-də yeni texnika texnologiyalar tətbiq olunur

RƏYLƏR


Top news