Qızıldan bəxtin olsun: Milyarderlərin həyat yoldaşları (FOTO)

Qızıldan bəxtin olsun: Milyarderlərin həyat yoldaşları (FOTO)
16:46 30 Dekabr 2015
77 Şou
Ölkə mətbuatı
A- A+

“Forbes” jurnalı dünyanın ən zəngin cütlüklərinin siyahısını hazırlayıb. Milyarderlərin həyat yoldaşları, onların tanışlıq hekayələri bir-birindən maraqlıdır.

ANS PRESS oxuçularına bu siyahının ilk pillələrində qərarlaşan milyarderlərin seçimləri ilə tanış edir.
Jurnalın siyahısında ilk yerdə sahib olduğu “Facebook” sosial şəbəkəsinin səhimlərinin 99 faizini yeni doğulan qızının şərəfinə xeyriyyə təşkilatına bağışlamağa hazırlaşan, 31 yaşlı Mark Zukerberq və onun həyat yoldaşı Pristilla Çan qərarlaşıb.
Zukerberqin həyat yoladaşı Pristilla Çindən ABŞ-a mühacirət edən ailənin qızıdır. O, məktəblərdən birində biologiya müəlliməsi olaraq işləyib.

Harvard universitetinin hamam otağının qarşısında növbə zamanı Zukerberqlə tanış olan Prissilla ona ciddi və çalıqan təsir bağışlayıb. O zaman proqramlaşdırmanın əsaslarını öyrənməyə başlayan, Pristilla kömək üçün Marka müraciət edirdi.

10 il davam edən görüşlərdən sonra hər kəsin həsəd apardığı gənc milyarder 19 may 2012-ci ildə nigaha daxil olub. Dostlarını toyuna dəvət edən, Mark onlara sözün əsl mənasında süpriz edib. Markın dəvətilə onun evinə gələn dostlar əslində toydan xəbərsiz olublar. Həddindən artıq sadə görkəmi ilə seçilən Zukerberqin xanımı makiyajdan istifadə etmir. Heç bir plastik əməliyyat etdirməyən Pristilla heç milyarder xanımına bənzəmir. O, qadınların böyük qismindıən fərqli olaraq alış-verişi sevmir, brend geyimlər geyinmir. Mark etiraf edib ki, Pristella onu bu sadəliyi ilə cəlb edib.


Zukerberq və Pristilla

Təsəvvür edirsiz? "Forbes" jurnalını açıb, ərinizi dünyanın ən varlıları siyahısında görürsünüz. Amma Melinda Qeyts demək olar ki, hər il əri Bill Qeyts bu siyahıda görməyə adət edib.

Dostları "Microsoft" şirkətinin banisinin heç vaxt evlənməyəcəyini düşünürdülər.
Kompüter elmləri və iqtisadiyyat sahəsində bakalavr dərəcəsini qazanan xanım Melinda "Micrasoft"da işə düzəlir.

Onunla Nyu-Yorkdakı mətbuat brifinqində rastlaşan Bill ilk olaraq onun ayaqqabılarına diqqət yetirib.

Bil Qeyts həmişə inanıb ki, qadının ayaqqabılarının dabanı nə qədər hündürdürsə o bir o qədər dayaz düşüncəlidir. Altı düz ayaqqabı geyinən Melinda ona çox məntiqli və ağıllı təsir bağışlayıb.

1994-cü ildə Havay adalarında ailə həyatı quran cütlük 79.2 milyard dollar sərvətə sahibdir. Toy Billin həyatında idman köynəyini və cins şalvarını smokinqlə əvəz etdiyi nadir hadisə idi. Özü xeyriyyə fondu açan xanım Melinda 24 milyard dollar xeyriyə işlərinə pul xərcləyib.


Melinda və Bill Qeyts.

Nümunəvi cütlüklər siyahısında 3-cüsü 72.7 mlrd. dollar sərvəti ilə klassik Zoluşka nağılını xatırlaşdır. Bunlar Uorren Baffit və xanımı Astrid Menksdir. 69 il əvvəl SSRİ-də anadan olan Astrid və onun ailəsi Latviyadan ABŞ-a köçüb. Erkən yaşlarında anasını itirən qızcığaz Nebraskdakı internat evlərindən birində böyüyüb. 32 yaşında heç bir karyerası və prespektivi olmadan restoranların birində ofisant kimi çalışıb.

Baffit birinci xanımından olan qızından 16 yaş böyük Astridlə elə bu restoranda tanış olub.Tezliklə Baffitin malikanəsinə köçən Astrid 29 ildir ki, onunla birlikdə yaşayır.


Uorreb Baffit və Astrid Menks.


Amansio Orteqa və onun xanımı Xeber Flora Peres 64.5 milyar dollar sərvətlə "Forbes"in siyasında qərarlaşıb. 13 yaşında yoxsulluq ucbatından məktəbi atmağa məcbur olan Amansio köynək mağazasında kuryer kimi işləməyə başlayır.

Beləliklə "Zara" mağazalar şəbəkəsinin sahibin baş gicəlləndirən uğuru başlayıb.

Uğurlarının çoxunu ilk həyat yoldaşına borclu olan Orteqaya məhz Rozaliya 1972-ci ildə hamam xalatları və alt paltarları tikməyi təklif edib. Beləcə milyonlara sahib olan Rozaliya və Amansia 1986-cı ildə rəsmi olaraq ayrılıblar. Onların nigahının pozulmasına səbəb uzun müddətdir Orteqanın katibəsi kimi çalışan 1984-cü ildə nigahdan kənar oğlunu dünyaya gətirən Flora Pereslə ola eşq macərası oldu.


Amansio Orteqa və Flora Peres.

LVMH şirkətinin sahibi Bernar Arnonun həyat yoldaşı Elen Mersie 37.2 mlrd.dollar sərvətlə "Forbes"in siyahısına daxildir.

Belə bir ərə sahib olmaq hər moda sevər qadının arzusudur. Belə ki, Bernar Arno Fransanın ən zəngin insanı və Louis Vuittion Moet Hennessy, 60 lüks brendi birləşdirən Bulgari zərgərlik şirkətinin və Lois Vuitton, Dior, Givenchy, Kenzo, Fendi və başqa moda evlərinin sahibidr.

Arno ilə görüşənə qədər kanadalı pianoçu xanımın ağlına da gəlməzdi ki, o nəvaxtsa milyarder xanımı ola bilər. 1991-ci ildə ailə quran cütlüyün 3 uşağı var. Peşəkar musiqi ilə məşğul olan xanım 3 uşaq anası olsa da, bu onun karyerasına maneçilik etmir.


Bernar Arnon və Elen Mersie.

Amozon.com -un yaradıcısı > Ceff Bezos və onun həyat yoldaşı Makkenzi Bezos 34.8mlrd. dollar sərvətlə bu siyahıya daxil olub.

Hesab edirlər ki, planetin ən böyük internet mağazasını yaratmaq üçün məhz Makkenzi ərini ruhlandırıb. Makkenzi hələ tələbə vaxti Ceffiyə yazıçı olmaq arzusunu demişdi. O vaxt proqramlaşdırma təhsili alan Bezos internet vasitəsilə kitab satışının əla biznes sahəsi olduğunu bildirdi. Beləcə onların hər ikisi arzularına çata bildilər. Ceff internet üzərindən etdiyi satışlardan ilk milyonunu qazandığı vaxt Makkenzi aldığı ABŞ kitab mükafatı hesabına “Lüter Olbraytın sınağı” adlı ilk romanını çapdan çıxarır.


Ceff Bezos və Makkenzi Bezoss.

Larri Peyc və onun xanımı Lüsi Sautvort 29.7 mlrd.dollar sərvətə sahibdir.

Larri Peyc öz işindən başqa heç bir şeyə marağı olmayan daha bir kompüter dahisidir. "Google" axtarış sisteminin yaradıcısı və rəhbəri olan Larri eyni zamandan hər yeddi insandan birinin sahib olduğu telefonlardakı Android siteminin yaradıcısıdır. Onun nigah mərasimində ABŞ-ın keçmiş prezidenti Bill Klinton iştirak edib. Larrini virtual aləmdən çıxarıb real aləmə qaytaran 3 diplom sahibəsi elmlər doktoru və Stendfor Unveristetinin müəliməsi 35 yaşlı Lüsi Sautvort oldu.


Larri Peyc və Lüsi Sautvort.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR