Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Suni qiymət artıranlara qarşı birgə Tədbirlər Planı təsdiq edildi

Suni qiymət artıranlara qarşı birgə Tədbirlər Planı təsdiq edildi

Bu siqaretlər ucuzlaşdı (03 Mart 2017 12:23)
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ilə bağlı - QAYDA TƏSDİQ EDİLDİ (27 Fevral 2017 11:32)
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi ilə bağlı qayda təsdiq edildi (27 Fevral 2017 11:17)

Tarix: 30 Dekabr 2015 16:59

Manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə Tədbirlər Planı təsdiq edilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tədbirlər Planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.

 

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinməyi tövsiyə edir.

 


Teqlər:  Suni qiymət artıranlara qarşı birgə Tədbirlər Planı təsdiq edildi



RƏYLƏR


Top xəbərlər