Azərbaycan və İran dəmiryolçularının Avropaya yükdaşımalar üzrə görüşünün vaxtı bilindi

Azərbaycan və İran dəmiryolçularının Avropaya yükdaşımalar üzrə görüşünün vaxtı bilindi
17:03 30 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Yanvarın 12-də Bakıda İran dəmir yolları və limanlarının rəhbərliyinin və "Şimal-Cənub" layihəsi çərçivəsində Xəzərdə daşımalar həyata keçirən ekspeditor şirkətlərinin nümayəndələrinin iştirakı ilə müşavirə keçiriləcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

C.Qurbanov qeyd edib ki, görüşün məqsədi İran yüklərinin Rusiyaya və Avropaya daşınmasını təmin etmək, bu istiqamətdə işi yeniləməkdir.

Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycan və İran iki ölkənin sərhədindəki Astaraçay üzərindən dəmir yolu körpüsünün tikintisi ilə məşğul olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2475915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR