Əli Həsənov: "Dinamik inkişaf edən, müasirləşən Azərbaycan bu günün reallığıdır"

Əli Həsənov: "Dinamik inkişaf edən, müasirləşən Azərbaycan bu günün reallığıdır"
17:12 30 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+

"Bizim bütün nailiyyətlərimizin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin uğurla davam etdirilməsi amili durur. Dinamik inkişaf edən, müasirləşən, milli dəyərlərə sadiq Azərbaycan bu günün reallığıdır". Trend-in məlumatına görə, bunu Azərbaycanın prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xəzər Televiziyasının yeni binasının açılışında çıxışı zamanı deyib.

Ə.Həsənov vurğulayıb ki, bu gün Bakı şəhərini müasirləşdirən, gözəlləşdirən və dünyanın inkişaf etmiş paytaxtları ilə bir cərgəyə çıxaran genişmiqyaslı işlərin memarı prezident İlham Əliyevdir.

PA rəsmisi qeyd edib ki, Xəzər TV-nin inzibati binası son illər Azərbaycanda həyata keçirilən quruculuq meyarlarına, müasir televiziyanın bütün tələblərinə cavab verir.

Ə.Həsənov bildirib ki, televiziya milli-mənəvi dəyərlərə, ailə tərbiyəsinə üstünlük verməlidir: "Televiziyaya təkcə biznes sahəsi kimi baxmaq lazım deyil. Televiziya sahəsi ilə məşğul olanlar bunu nəzərə almalıdırlar. Televiziya ən nümunəvi ziyalını, məmuru ekrana çıxarmalıdır ki, xalqımızı doğru yola istiqamətləndirsin, onun obyektiv informasiyaya olan ehtiyacını ödəsin. Xəzər TV digər çoxsaylı televiziya kanalları ilə birgə Azərbaycanda yeni ənənə formalaşdırmalıdır. Hər birimizin amalı bundan sonra həyatımızda yaxşı nümunələri inkişaf etdirmək olmalıdır".

Prezidentin köməkçisi Azərbaycanda milli dəyərlərin, xalqımızın adət-ənənələrinin bərqərar olduğunu vurğulayıb: "Televiziya bu ənənələrin yaşamasına öz dəyərli töhfəsini verməli, onları daha da zənginləşdirməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/394348.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR