Dövlət əmlakının mənimsəyənlərin istintaqı bitib

Dövlət əmlakının mənimsəyənlərin istintaqı bitib
17:16 30 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

“2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələri aşkarlanaraq qeydə alınıb. Hesabat dövründə dövlət əmlakının külli miqdarda mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslər cinayət məsuliyyətinə cəlb edilib". Bunu Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, törədilmiş cinayətlər nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın istintaq zamanı ödənilməsi təmin olunub.

Kollegiyada “Vətəndaşların müraciətləri haqqında” yeni Qanunun hərbi prokurorluq orqanlarında icrası üzrə tədbirlər müzakirə edilib və dövlətimizin başçısının vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaş məmnunluğuna nail olunması ilə bağlı tapşırıqları xüsusi vurğulanıb. İclasda Qanundan irəli gələn vəzifələr və həmçinin bu sahədə mövcud problem və çatışmazlıqlar müzakirə olunub. Vətəndaş müraciətləri ilə işin yeni Qanunun tələblərinə uyğun daha səmərəli qurulması, o cümlədən bu vacib sənədin dərindən öyrənilməsi və dəqiq tətbiqi, müraciətlərdə qaldırılan məsələlərə, xüsusilə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə şikayətlərə diqqətlə yanaşılması və onların çevik həlli, vətəndaşların qəbulu işinin təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər müəyyənləşdirilib.

İclasda ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında və bu cinayətlərin açılmasında, korrupsiyaya qarşı mübarizədə xidmətlərinə görə “İgidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş hərbi prokurorluq əməkdaşlarına Xanlar Vəliyev tərəfindən dövlət mükafatları təqdim edilib.

Kollegiyada 2016-cı ilin birinci yarım ili üçün iş planı təsdiq edilib, 2015-ci ilin yekunlarına dair keçiriləcək geniş kollegiya iclasına hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368543

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR