Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vidadi Zeynalovun səhhəti və saxlanma şəraiti normaldır

Vidadi Zeynalovun səhhəti və saxlanma şəraiti normaldır

Vidadi Zeynalovun balıq tutduğu gizli məkan - FOTOLAR (25 Mart 2017 16:43)
Həbsdə olan sabiq nazir vəkili ilə görüşüb (13 Mart 2017 21:42)
Lapşin anası ilə təcridxanada görüşdü (27 Fevral 2017 11:13)

Tarix: 30 Dekabr 2015 17:18

Bakı. Samir Məmmədov - Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov bu gün vəkili ilə görüşüb. Bu barədə Trend-ə V.Zeynalovun vəkili məlumat verib.

Vəkil görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Vidadi Zeynalovun səhhəti saxlanma şəraiti normaldır



RƏYLƏR


Top xəbərlər