Azərbaycanda 500 nəfərə yaxın hərbçi ailəsi daimi mənzillə təmin olunub

17:22 30 Dekabr 2015
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən daha 500 nəfərə yaxın hərbiçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub. 
Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib. 
Qeyd edək ki, bu il ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/azerbaycanda-500-nefere-yaxin-herbci-ailesi-daimi-menzille-temin-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR