Evsiz hərbçilər azaldı

Evsiz hərbçilər azaldı
17:26 30 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

İl ərzində 1000 nəfərdən çox hərbi qulluqçu xidməti, 500 nəfər hərbçi ailəsi isə daimi mənzillə təmin olunub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev rəhbərliyi altında göstərilən diqqət və qayğı nəticəsində ordumuzun inkişafı 2015-ci ildə də yüksələn templə davam edib. Maddi-texniki təchizat güclənib, bir çox sosial-məişət məsələləri həllini tapıb, ən yeni silah və texnikaların alınması, peşəkar kadrların hazırlanması işi davam etdirilib.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən hərbi xidmətdə və ehtiyatda olan hərbçi ailələri bu gün, bayramlar ərəfəsində daha bir sevincli xəbər alıb.

Müvafiq Komissiyanın qərarına və təsdiq olunan siyahılara əsasən daha 500 nəfərə yaxın hərbçi ailəsi Gəncə şəhərində daimi mənzillə təmin olunub.

Мüdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavinin, hərbi qulluqçuların ailə üzvlərinin iştirakı ilə Bakı, Naxçıvan, Bərdə şəhərlərində keçirilən təntənəli mərasimlərdə daimi mənzillərin açarları və sənədləri sahiblərinə təqdim edilib.

Göstərilən diqqət və qayğıya, eyni zamanda bu bayram günlərindən bəxş edilən sevincli anlara görə tədbir iştirakçıları ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.




Mənzillə təmin olunan hərbçilər

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR