Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Vəkili Vidadi Zeynalovun səhhəti barədə məlumat verdi

Vəkili Vidadi Zeynalovun səhhəti barədə məlumat verdi

Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi ƏMLAKININ DƏYƏRİ (22 Fevral 2017 16:12)
Vidadi Zeynalovun satışa çıxarmaq istədiyi əmlakının DƏYƏRİ (22 Fevral 2017 15:29)
Vidadi Zeynalov 43 milyon manat dəyərində olan əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsini istəyib (22 Fevral 2017 12:42)

Tarix: 30 Dekabr 2015 17:27

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalov bu gün vəkili ilə görüşüb.

Bu barədə Trend-ə V.Zeynalovun vəkili məlumat verib.

Vəkil görüş zamanı müvəkkilinin saxlanma şəraiti və səhhəti ilə maraqlanıb: "Vidadi Zeynalovun saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur. Vəziyyəti normaldır".

Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Milli.Az


Teqlər:  Vəkili Vidadi Zeynalovun səhhəti barədə məlumat verdi



RƏYLƏR


Top xəbərlər