Manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi yanvarın 5-i üçün 1.5610 manat müəyyənləşdirilib

Manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi yanvarın 5-i üçün 1.5610 manat müəyyənləşdirilib
17:28 30 Dekabr 2015
131 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 30 dekabr, AZƏRTAC
Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla, manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 2016-cı il yanvarın 5-i üçün 1.5610 manat müəyyənləşdirilib.
Bu barədə AZƏRTAC-a Mərkəzi Bankdan məlumat verilib. Bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.
Mərkəzi Bank əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şayiələrə inanmasınlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Manatin_ABS_dollarina_nisbeten_resmi_mezennesi_yanvarin_5_i_uchun_15610_manat_mueyyenlesdirilib-915614

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR