“Qəbələ” İK rəhbərliyi: “İdmanımızın nüfuzunun möhkəmləndirilməsi üçün var qüvvə ilə çalışacağıq”

“Qəbələ” İK rəhbərliyi: “İdmanımızın nüfuzunun möhkəmləndirilməsi üçün var qüvvə ilə çalışacağıq”
17:29 30 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

 

 

2015-ci il “Qəbələ” İdman Klubunun 10 illik yubileyi kimi də əlamətdar oldu.

 

Lent.az Virtualaz.org saytına “Qəbələ” İK rəhbərliyinin müsahibəsini təqdim edir.

 

- Bu il “Qəbələ” İdman Klubunun 10 yaşı oldu. 10 ildə keçilən yola necə yekun vurardınız? Uğurlar yubileyi bayram kimi qeyd etməyə kifayət edəcək qədər böyük sayıla bilərmi?

 

- Bu il 10 illik yubileyini qeyd edən “Qəbələ” İdman Klubu 2015-ci ildə tarixinin ən uğurlu dövrünü yaşadı. İdman klubunun tərkibinə daxil olan tanınmış “Qəbələ” futbol klubu ilə eyni zamanda digər idman klubları da böyük uğurlara imza atdı.

 

Bu haqda geniş danışmazdan əvvəl “Qəbələ” İK-nin fəaliyyət strategiyasının əsas istiqamətlərinə toxunmaq istərdik.

 

Müasir tələblərə cavab verən idman infrastrukturunun yaradılması klubun inkişaf strategiyasında önəmli yerlərdən birini tutur. “Qəbələ” futbol klubunun bazası, “Qəbələ” Atıcılıq Kompleksi bölgənin ən müasir və böyük idman qurğuları hesab edilir.

 

“Qəbələ” İK uşaq futboluna xüsusi diqqət ayırır. Məhz buna görə də Azərbaycanda akademiya yaradan ilk klub məhz “Qəbələ” İK olub. Hazırda isə “Qəbələ” Futbol Akademiyası ölkədə analoji qurumlar arasında ən yaxşısıdır. Akademiyanın yetirmələrinin sayəsində “Qəbələ” demək olar ki, Azərbaycanın bütün yaş qrupundan olan milli komandalarında təmsil olunur. Artıq “Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Belə ki, Azərbaycanın 17, 19 və 21 yaşlılardan (müvafiq olaraq 1997, 1996 və 1995-ci il doğumlu) ibarət yığma komandalarına “Qəbələ”dən 15-dək futbolçu dəvət olunub. Ölkənin 18 və 20 yaşlı futbolçulardan ibarət yığma komandalarının Bakıda təşkil olunan təlim-məşq toplanışına “Qəbələ”nin 10 futbolçusu cəlb edilib. Bu il “Qəbələ”nin futbolçuları - Ruslan Abuşov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Ürfan Abbasov Azərbaycanın əsas, Elvin Camalov isə gənclərdən ibarət (U-21) milli komandasının heyətində çıxış edib.

 

Bu strategiyanın davamı kimi Qəbələdə hər il 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil olunur. Avropanın adlı-sanlı klublarının qatıldığı bu yarış qitənin elit turnirləri sırasında dayanır. Bu turnirlər zamanı Azərbaycanın yeniyetmə futbolçuları fərqli futbol baxışları ilə tanış olur, beynəlxaq oyun təcrübəsi qazanırlar. Bu turnirin əhəmiyyəti həm də ondadır ki, Avropanın ən müxtəlif ölkələrindən gələn məşqçilər, futbolçular ölkədə gedən inkişafı əyani şəkildə görür, Azərbaycanın tarixi, mədəniyyəti, idman həyatı ilə tanış olurlar.

 

Hədəflərimiz böyükdür. Özü də təkcə futbol sahəsində yox. Atıcılıq idmanı da prioritet verdiyimiz sahələrdəndir. Nəzərə alın ki, “Bakı-2015” I Avropa Oyunlarından sonra ən böyük yarışlardan biri olan atıcılıq üzrə Dünya Kubokunun final mərhələsi (İSSF WORLD CUP) məhz Qəbələdə təşkil olunub. Beynəlxalq İdman Atıcılıq Federasiyasının (İSFF) təqvimində dünya və Avropa çempionatından sonra ən nüfuzlu turnirlərdən sayılan bu yarışın təşkilatçılarından biri də məhz “Qəbələ” Atıcılıq Klubu olub. Avqustun 6-dan 16-dək Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən beynəlxalq yarışda Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 34 lisenziya uğrunda mübarizə gedib. Bu məqsədlə 94 ölkənin idmançıları ilə birgə 3000-dən artıq nümayəndə ölkəyə səfər edib.

 

 

 

Qəbələdə keçirilən Dünya Kubokuna beynəlxalq qurumlar tərəfindən yüksək qiymət verilib. Qeyd edək ki, bu, Qəbələdə atıcılıq üzrə 2015-cu ildə təşkil olunan ikinci beynəlxalq turnir olub. Dünya Kubokundan öncə isə may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə II Beynəlxalq Qran-pri turniri keçirilmişdi. Bu yarışa 17 ölkədən 150-dən çox idmançı qatılmışdı.

 

Bütün bunların nətcəsidir ki, “Qəbələ” İdman Klubunun idman sahəsində gördüyü işlər və həyata keçirdiyi çoxsaylı layihələr həmişə diqqət mərkəzində olub. Ölkə idmanının inkışafı yönündə klubun atdığı addımlara  dövlət səviyyəsində də yüksək qiymət verilib. Belə ki, dekabrın 24-də Azərbaycan Gənclər və İdman Nazirliyinin 2015-ci ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə “Qəbələ” İK bir neçə nominasiyada mükafatlandırlıb. “Qəbələ” Atıcılıq Klubu ən yaxşı idman təşkilatı adına layiq görülüb. Klubun prezidenti Tale Heydərova bu idmanın inkişafında gördüyü işlərə görə fəxri diplom təqdim olunub. Azərbaycanda və dünyada atıcılıq idmanına göstərdiyi dəstəyə görə Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Baskes Rana tərəfindən ona qızıl medal və fəxti diplom verilib. Qeyd edək ki, Qəbələ Atıcılıq Kompleksi dünyada ilin ən yaxşı qış kompleksi seçilib.

 

Qeyd edək ki Qəbələ klubunun nəzdində futbol və atıcılıq bölmələri ilə yanaşı boks, taekvondo, cüdo, karate, güləş bölmələri  də mövcuddur.

 

-“Qəbələ” futbol klubu bu il Avropa Liqasında yaxşı oynadı. Azərbaycan və Avropa futbolsevərləri ölkəmizi Avropa miqyasında təmsil etmək gücündə olan yeni marka “kəşf etdi”. Amma uğur gəlincə özü ilə məsuliyyət yükü də gətirir. İndi klubun üzərində böyük bir məsuliyyət var: futbolsevərlər klubdan daha böyük uğur gözləyir. Klub bu etimadı növbəti mövsümlərdə də doğrulda biləcəkmi, buna hazırdırmı?

 

- Təbii ki, qazandığı uğurları ilə tarixini ilbəil zənginləşdirən “Qəbələ” futbol klubu dövrünün ən parlaq, yaddaqalan uğurunu məhz bu mövsümdə qazanıb. Tarixində ikinci dəfə Avropa Liqasında mübarizə aparan “Qəbələ” ilk təsnifat mərhələsindən başlayaraq yarışın qrup mərhələsinədək irəlilədi. Bununla da “qırmızı-qaralar” Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi daxil oldu. Bu mövsümdə Avropa Liqasının 100-dən artıq iştirakçısı arasında cəmi iki klub - “Qəbələ” və Azərbaycan futbolsevərlərinin yaxşı tanıdığı məşhur “Rusenborq” (Norveç) bunu gerçəkləşdirməyi bacarıb.

 

Yeri gəlmişkən, Azərbaycanda indiyədək heç bir komandaya avrokuboklarda bu qədər uğurla çıxış etmək nəsib olmayıb. “Qəbələ” futbol klubu I təsnifat mərhələsindən pley-offa qədər “Dinamo” (Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) klublarını yarışdan kənarlaşdıraraq neçə-neçə skeptiklərin proqnozlarını alt-üst etdi. “Qəbələ” futbol klubu qrup mərhələsində də Avropanın adlı-sanlı klubları ilə mübarizədə layiqli oyun nümayiş etdirdi, ölkə futbolsevərlərinə sevinc dolu anlar yaşatmağa çalışdı. Məhz “Qəbələ”nin sayəsində Azərbaycan azarkeşləri Almaniyanın “Borussiya” (Dortmund), Yunanıstanın PAOK, Rusiyanın “Krasnodar” klublarının oyunlarını canlı izləmək şansı qazandı. “Qəbələ”nin təsnifat və qrup mərhələsində qazandırdığı xallar Azərbaycanın UEFA reytinqində bir neçə pillə irəliləməsinə səbəb oldu. Əlbəttə ki, klub bu uğurların davamını gətirməyi qarşısına əsas məqsəd qoyub.

 

-Yəqin ki, klubun uğurları ilə eyni zamanda, “Cavid Hüseynov olayı” da diqqət mərkəzində olub?

 

-Nizam-intizam və mənəvi tərbiyə işi “Qəbələ” futbol klubunun təşkilindən etibarən ən vacib fəaliyyət sahələrindən biri olub, indi də belədir, gələcəkdə də belə olacaq. Bu sahədə əldə edilən uğurların nəticəsi idi ki, “Qəbələ” həmişə nəinki futbol, eləcə də respublika idman aləmində yüksək nizam-intizamı ilə fərqlənib. 2015-ci il futbol mövsümündə “Qəbələ”nin Avropa Liqasındakı uğurları nəticəsində onun dünya futboluna inteqrasiyası bu sahəyə məsuliyyətli münasibəti daha da artırıb. Futbolçular həm ölkənin, həm də dünyanın tanınmış yaşıl meydançalarında klubla eyni zamanda, Azərbaycanı layiqincə təmsil etməyə çalışıb, bununla da azarkeşlərin rəğbətini qazanmağa nail olub. “Qəbələ” qısa bir dövr ərzində regional komanda olmaqdan çıxaraq Ümumazərbaycan klubuna çevrilə bilib.

 

Bununla yanaşı, dünya futbol aləmi üçün səciyyəvi olan bəzi mənfi tendensiyalar, xüsusilə tanınmış futbolçuların adlarının qalmaqallarda hallanması burada da özünü göstərdi. Komandanın liderlərindən olan Cavid Hüseynovun istər futbol meydanındakı, istərsə də ondan kənardakı emosional addımları belə qalmaqallarla müşayiət olundu. Rəqib komandaların və onların azarkeşlərinin təhrikçi hərəkətləri də burada həlledici rol oynadı. 2015-ci il iyulun 31-də Kiprin Larnaka şəhərinin “Antonis Papadopulos” stadionunda yerli “Apollon” klubu ilə keçirilən oyun ərzində meydançaya saysız-hesabsız yad əşyalar atan kiprli tərəfdarlar Azərbaycan bayrağını təhqir etdilər. Onlar yalnız “Qəbələ” rəsmilərinin lazımi məqamda müdaxiləsi nəticəsində Azərbaycan bayrağını yandırmaqdan çəkindilər. Buna baxmayaraq parçalanmış Azərbaycan bayrağı matç başa çatanadək kiprlilərin açıq-aşkar təhqirinə məruz qaldı. Hətta baş hakim təzyiq və təhqirlər nəticəsində “Qəbələ”yə ola biləcək hücumların qarşısını almaq üçün oyuna 15 dəqiqəlik fasilə verməyə məcbur oldu.

 

Təbii ki, bu cür gərgin ab-havada oynamaq və eyni zamanda əsəblərini cilovlamaq futbolçular üçün heç də asan deyildi. Cavid Hüseynovun son dəqiqələrdə penaltidən bərabərlik qolunu vurduqdan sonra əl hərəkəti ilə etdiyi jest də bunun nəticəsi idi. “Apollon” klubunun rəsmiləri bunu bildiyi halda  UEFA-ya şikayət etdi. Məsələni araşdıran, həmçinin “Qəbələ”nin kapitanı ilə bağlı müdafiə məktubunu dəyərləndirən qitənin ali futbol qurumu kiprlilərin iddialarını əsassız saydı. UEFA oyunda baş verənləri təfərrüatı ilə nəzərdən keçirdikdən sonra Cavid Hüseynova heç bir cəza vermədi.

 

Bununla belə mənəvi-əxlaqi dəyərlərə həmişə önəm verən klub futbolçu ilə söhbət apararaq onu ciddi tənbeh etdi. Mətbuata  verdiyi açıqlamada etdiyi hərəkətin motivini aydınlaşdıran Cavid Hüseynov buna baxmayaraq bu hərəkətdən peşman olduğunu bildirdi və Azərbaycan xalqından üzr istədi.

 

Cavid Hüseynovun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi isə bütün ciddiyyəti ilə qarşılandı. “Qəbələ” futbol klubu bu oyunçunun Avropa Liqası kimi məşhur  bir turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq öz dəyərlərinə sadiq qaldı və hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi qüvvələr faktı hüquqi müstəvidə dəyərləndirmək əvəzinə onu siyasiləşdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə haqlı olaraq bu məsələni öz nəzarətinə götürdü. “Qəbələ” klubu belə bir qərar aldığına görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirir. Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və  mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inanır. Bu, ölkəmizin və idmanımızın imici üçün də çox vacibdir.

 

Sonda bir daha bildirmək istərdik ki, “Qəbələ” klubu onun fəaliyyət prinsipləri ilə heç bir vəchlə bir araya sığmayan bu faktdan ciddi nəticələr çıxarıb, istər ölkə birinciliyində, istərsə də Avropa Liqasında keçirilən sonrakı oyunlar zamanı klubda nizam-intizam və mənəvi tərbiyə məslələrinə daha həssas yanaşıb, təxirəsalınmaz tədbirlər planı həyata keçirilib. Bütün bunlar göstərir ki, “Qəbələ” İK idman prinsiplərinə böyük önəm verir və Azərbaycan idmanının nüfuzunun bütün sahələrdə möhkəmləndirilməsi üçün var qüvvəsi ilə çalışacaq.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Ölənlərin sayı 500 nəfəri ötdü -

21 Avqust 2017 23:55

Valideynlərin nəzərinə: Uşaqlar arasında yoluxucu VİRUS YAYILIB

21 Avqust 2017 23:48

Rostovda yanğında 36 nəfər xəsarət alıb

21 Avqust 2017 23:35

Rostov vilayətində fövqəladə vəziyyət

21 Avqust 2017 23:34

Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

21 Avqust 2017 23:27

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

21 Avqust 2017 23:24

“VAZ” 15 baş qoyunu vurdu - İsmayıllıda

21 Avqust 2017 23:19

Həm qanunsuzdur, həm də təhlükəli - elektriklə balıq ovlanılır - VİDEO

21 Avqust 2017 23:18

Gəncədə 27 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

21 Avqust 2017 23:17

Gürcüstanda meşə yanğınları tüğyan edir -

21 Avqust 2017 23:10

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub

21 Avqust 2017 23:07

Ukrayna üzrə ABŞ-Rusiya görüşü başa çatdı

21 Avqust 2017 23:03

Abşeronda qəza -

21 Avqust 2017 22:58

Müşviqabadda qəza - 2 yaralı

21 Avqust 2017 22:54

Barselona terrorunda şübhəli bilinən əsas şəxs saxlanılıb

21 Avqust 2017 22:48

İraqın Tall-Afar şəhərini 40 min dinc sakin tərk edib

21 Avqust 2017 22:47

Saakaşvili Avropanın bir neçə ölkəsinin ona vətəndaşlıq verməyə hazır olduğunu bildirib

21 Avqust 2017 22:42

Qırğızıstan hökuməti istefa verib

21 Avqust 2017 22:30

Şəbnəm bağ evini nümayiş etdirdi – FOTOLAR

21 Avqust 2017 22:28

FHN Gürcüstana yanğının söndürülməsi üçün ikinci HELİKOPTER GÖNDƏRDİ

21 Avqust 2017 22:18

Filippində silahlı hücum -

21 Avqust 2017 22:12

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30

Trampın ailəsi müdafiəsiz qalacaq – Məxfi xidmətdən SOS

21 Avqust 2017 20:28

Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

21 Avqust 2017 20:22

ABŞ PUA-sı Türkiyədə qəzaya uğradı

21 Avqust 2017 20:19

Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür

21 Avqust 2017 20:18

Türkiyə-Almaniya gərginliyi

21 Avqust 2017 20:10

İntihar cəhdinin qarşısı alındı - [color=red]Gəncədə/color]

21 Avqust 2017 20:04

Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Avqust 2017 20:03

Kataloniyada polis "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib

21 Avqust 2017 19:52

DİQQƏTLİ OLUN!

21 Avqust 2017 19:50

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi

21 Avqust 2017 19:49

Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”

21 Avqust 2017 19:48

Barselonada terror aktı törədən əsas şübhəli hələ də azadlıqdadır

21 Avqust 2017 19:35

Barselona terrorunun əsas şübhəlisi tutulub

21 Avqust 2017 19:33