Detalını itirmiş təyyarə ABŞ-dan Yaponiyayadək uçuşu uğurla başa vurub

Detalını itirmiş təyyarə ABŞ-dan Yaponiyayadək uçuşu uğurla başa vurub
17:33 30 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Yaponiyanın JAL (Japan Airlines) şirkətinə məxsus detalını itirmiş “Boeing 777” sərnişin təyyarəsi Narita aeroportunda qəza enişi edib.
Təyyarə ABŞ-ın Çikaqo şəhər aeroportundan havaya qalxaraq Tokionun Narita limanında eniş edib. Havaya qalxdıqdan sonra cihazlar şassilərdə problem olduğunu göstərib.
Çikaqo aeroportunun əməkdaşları təyyarə heyətinin sorğusuna əsasən uçuş-enmə zolağını araşdırarkən burada qopmuş detalı tapıblar. Bu detalın düşməsi təyyarənin hərəkətinə mane olmadığına görə o Yaponiyaya doğru uçuşunu davam etdirib.
İlkin ehtimala görə, təyyarə Çikaqo aeroportundan qalxarkən buz yığınına toxunub. Təyyarənin enişi zamanı sərnişinlərdən və heyət üzvlərindən heç biri zərər çəkməyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Detalini_itirmis_teyyare_ABS_dan_Yaponiyayadek_uchusu_ugurla_basa_vurub-915615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR